Türkiyənin turizm gəlirləri kəskin artıb - orta hesabla gecəlik xərc 75 dollar olub
Türkitə Statistika Xidmətinin (TÜİK) məlumatlarına görə, ölkənin turizm gəlirləri yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə ötən ilin eyni rübü ilə müqayisədə 122,4% artaraq 5 milyard 454 milyon 488 min dollar təşkil edib. Turizm gəlirlərinin 76,5 faizi xarici qonaqlardan, 23,5 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə edilib.Türkitə Statistika Xidməti (TÜİK), "Turizm Statistikaları, Yanvar-Mart 2022" məlumatlarını açıqlanıb.
Marja.az məlumatlara istinadən xəbər verir ki, yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə ölkənin turizm gəlirləri əvvəlki ilin eyni rübü ilə müqayisədə 122,4% artaraq 5 milyard 454 milyon 488 min dollar təşkil edib. Turizm gəlirlərinin 76,5 faizi (mobil telefon rouminqi və marina xidməti xərcləri istisna olmaqla) xarici qonaqlardan, 23,5 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə edilib.
Bu rübdə çəkilən xərclərin 4 milyard 852 milyon 137 min dollarını şəxsi xərclər, 602 milyon 350 min dollarını isə paket tur xərcləri təşkil edib.
Ötən ilin müvafiq rübü ilə müqayisədə bu rübdə bütün növ xərclər artıb. İdman, təhsil və əyləncə xərcləri 306,6 faiz, paket tur xərcləri (ölkədə qalan pay) 287,7 faiz, beynəlxalq nəqliyyat xərcləri 135,9 faiz artıb.
Bu rübdə gecələyən əcnəbilərin orta hesabla gecəlik xərci 75 dollar, xaricdə yaşayan vətəndaşların gecəlik xərci isə 51 dollar olub.
Türkiyədən çıxan ziyarətçilərin sayı 2022-ci ilin birinci rübündə əvvəlki ilin eyni rübünə nisbətən 148,1 faiz artaraq 6 milyon 451 min 657 nəfərə çatıb. Onların 76,6 faizini 4 milyon 943 min 964 nəfərlə əcnəbilər, 23,4 faizini isə 1 milyon 507 min 693 nəfərlə xaricdə yaşayan vətəndaşlar təşkil edib.
Bu rübdə xarici ziyarətçilər Türkiyəyə 52,1% ilə daha çox "səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər" üçün səfər edib.
İkinci yerdə 24 faizlə “Qohum və dostları ziyarət etmək”, üçüncü yerdə isə 10,1 faizlə “alış-veriş” qərarlaşıb. Xaricdə yaşayan vətəndaşlar isə 62,4 faizlə Türkiyəyə daha çox “qohum və dostları ziyarət etmək” məqsədi ilə gəliblər.
Turizm xərcləri 181,3 faiz artıb
Ölkədə yaşayan və başqa ölkələrə səfər edən Türkiyə vətəndaşlarının xərclərindən ibarət turizm xərcləri ötən ilin eyni rübü ilə müqayisədə 181,3 faiz artaraq 664 milyon 989 min dollar olub. Bunun 623 milyon 265 min dollarını şəxsi, 41 milyon 724 min dollarını isə paket tur xərcləri təşkil edib.
Bu rübdə xaricə gedən vətəndaşların sayı əvvəlki ilin eyni rübünə nisbətən 269,6 faiz artaraq 1 milyon 39 min 666 nəfərə çatıb. Onların adambaşına düşən orta xərcləri 640 dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























