Statistika Komitəsi əhalinin gəlirlərinin 19%-ə yaxın artdığını bildirir
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-mart aylarında əhalinin gəlirləri nominal ifadədə 18,9 faiz artaraq 16 milyard manat təşkil etmişdir.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri 16 milyard 5 milyon manat və ya hər nəfərə orta hesabla 1593,2 manat təşkil etmişdir. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14 milyard 311,1 milyon manatlıq vəsait qalmışdır.
2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 768,3 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3022,2 manat, qeyri neft-qaz sektorunda 724,5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 714,8 manat, özəl müəssisələrdə isə 830,8 manat olmuşdur.
2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,1 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)

