Banklar üçün pessimist proqnoz
Bank sektorunun xarici öhdəlikləri AMB-nin öhdəlikləri ilə əvəzlənib
Azərbaycan bank sektorunun xarici öhdəlikləri və Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri son illərdə istər yerli, istərsə də xarici valyutada artım göstərib.
Analitiklər hesab edir ki, 2015-ci il fevralın 21-də baş verən ilk devalvasiyadan sonra bank sektorunda yaranan problemlər bankların maliyyə təşkilatları qarşısında öhdəliklərini artırıb.
Xususilə AMB qarşısında kommersiya banklarının öhdəlikləri ilk devalvasiyadan sonra 4 dəfəyə yaxın artım göstərib. Belə ki, 2015-ci il yanvarın 1-nə bank sektorunun AMB qarşısında öhdəlikləri 1 482,3 mln. manat olduğu halda, həmin il ərzində göstərici 5 375 mln. manata çatıb. Cari ilin mayın 1-nə isə bu göstərici 6 586,2 mln. manat təşkil edib.
Bankların xarici öhdəlikləri isə ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq dəyişir. Lakin bu göstərici də yüksək qalmaqda davam edir. Belə ki, 2017-ci il mayın 1-nə 7 099,3 mln. manat (4,17 mlrd. dollar) təşkil edən bank sektorunun xarici öhdəlikləri 2016-cı il yanvarın 1-də 8 204,5 mln. manat (5,26 mlrd. dollar) olub.
ABŞ valyutası ekvivalentində bank sektorunun məcmu borcu isə bu ilin mayın 1-nə 8 038,5 mln. dollar təşkil edib. Bu, 2016-cı il yanvarın 1-nə olan göstəricidən 7,7% aşağıdır. Belə ki, həmin tarixə bank sektorunun məcmu borcu 8 708,2 mln. dollara bərabər olub.
Qeyd edək ki, bank sektorunun devalvasiyadan əvvəl, 2015-ci il yanvarın 1-nə xarici ödəlikləri 6,4 mlrd. dollara yaxın olduğu halda, 2017-ci il mayın 1-nə 34% azalaraq 4,2 mlrd. dollara enib. Lakin bununla yanaşı, bank sektorunun AMB qarşısında öhdəlikləri 1 482,3 mln. manat (1,9 mlrd. dollar) səviyyəsindən bu ilin mayın 1-nə 2 dəfədən çox artaraq 6 586,2 mln. manata (3,9 mlrd. dollar) yüksəlib. Başqa sözlə, bank sektorunun xarici öhdəlikləri AMB-nin öhdəlikləri ilə əvəzlənib. Yəni, bank sektorunun borcları azalmayıb. Buna səbəb isə bank sektorunun devalvasiyadan sonrakı dövrdə əsasən zərərlə işləməsi göstərilir.
"Bank sektoru kreditləşməni bərpa etməyəcəyi təqdirdə isə borc yükünün azalacağı gözlənilmir. Xarici borcların son müddəti yaxınlaşdıqca bu borclar böyük ehtimalla AMB-nin vəsaitləri ilə əvəzlənəcək. Bankların isə bu vəsaitləri geri qaytarması üçün onların ya xarici investor tapması, ya da yüksək rentabelliliklə çalışması mütləqdir. Bu isə yaxın illərdə mümkün variant kimi ehtimal edilmir", - deyə analitiklər qeyd ediblər.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
25 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur




























