Azərbaycanda birja indeksi
Azərbaycanda 2017-ci ilin I rübündə kapital bazarı indeksinin tətbiqi üzrə hazırlıq işlərinə başlanılacaq.
Bu barədə qiymətli kağızlar bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, yeni ilin ilk 3 ayı ərzində indeksdən istifadə qaydaları və onun hesablanma metodikasının hazırlanması nəzərdə tutulur. İşlər qaydasında getsə, növbəti ilin sonuna qədər indeksin tətbiqinə başlanıla bilər.
“Əslində, 2016-cı ilin sonuna qədər indeksin istiqrazlar üzrə test rejimində tətbiqi nəzərdə tutulurdu. Amma bu məsələni reallaşdırmaq mümkün olmadı. Çünki həm tədavül müddətinin başa çatması, həm də iqtisadi böhran nəticəsində kapital bazarında yaranmış vəziyyətlə əlaqədar istiqrazların xeyli hissəsi dövriyyədən çıxarıldı. Bu cür vəziyyətdə indeksin tətbiqi effektsiz olur”, - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, effektiv nəticəyə nail olmaq üçün kapital bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları kimi aktiv şəkildə alınıb-satılan qiymətli kağızlar olmalıdır: “Adətən, Azərbaycanda hansısa emitent istiqraz buraxanda, kütləvi təklif belə olsa, onları əvvəlcədən adları məlum olan investorlar alır və tədavül müddətinin sonuna qədər saxlayırlar. Yəni, istiqrazlar bazarda aktiv şəkildə dövr etmir. Bu halda isə tətbiq edilən indeks demək olar ki, dəyişmir və effektiv olmur. Ümid edirik ki, gələn il kapital bazarına SOCAR istiqrazları kimi azı 5 istiqraz çıxarılacaq və indeks uğurla tətbiq olunacaq”.
Kapital bazarı indeksinin səhmlər üzrə tətbiqi isə yaxın illərdə gözlənilmir. Bunun üçün səhm bazarının aktivləşməsi lazımdır ki, bu da daha çox Azərbaycan manatının məzənnəsinin sabitləşməsindən asılıdır. Çünki, səhmlərin ticarəti milli valyuta ilə həyata keçirilir.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
10 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















