"Hazırda kolbasa məhsullarında 10 % qiymət artımı müşahidə olunur”
Ötən il ərzində Azərbaycana gətirilən 5 min 567,09 ton kolbasanın 77 %-i Rusiyanın payına düşüb.
2022-ci ilin ilk ayında Azərbaycana xaricdən 937,11 min ABŞ dolları dəyərində 294,58 ton kolbasa gətirilib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 25,6 % azdır.
Azərbaycan hesabat dövründə Rusiyadan 577,28 min ABŞ dolları dəyərində 195,59 ton kolbasa alıb. Sonrakı yerlərdə isə Almaniya, Belarus, Türkiyə və Polşa gəlir.
2021-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 23,9 % və 39,3 % azalıb.
Yəni, statistik rəqəmlər ölkəmizin kolbasaya olan tələbatının Rusiya bazarından asılılığını göstərir. Bəs Rusiyadan kolbasa idxalı dayandırıldığı halda yerli istehsalat bu tələbatı ödəyə biləcəkmi?
Həm kolbasanın istehsalı, həm də onun ölkəmizə idxalı ilə məşğul olan iş adamı Hacı Ələsgərov bildirib ki, hazırda Ukrayna və Rusiyadan kolbasa məhsullarının gətirilməsi prosesi dayanıb:
“Hazırda bazara çıxardığımız kolbasalar yerli istehsaldır. Bazarda Ukrayna və Rusiyadan gəlməyən kolbasa məhsullarına görə problemin yaranacağını da düşünmürəm. Bazarda olan Rusiya istehsalı kolbasalarda məhdudlaşma yoxdur. Hazırda kolbasa məhsullarında 10 % qiymət artımı müşahidə olunur”.
İş adamı deyir ki, ümumiyyətlə, ət məhsullarının qiyməti qalxdığı üçün ümumi istehsalın maya dəyərinə təsir edir:
“Bizim məhsullarımızın tərkibi 70 % ətdən ibarətdir. Öz məhsullarımızı özümüz istehsal edir, özümüz də satırıq. Lakin kolbasa məhsullarında istifadə olunan xammalın - yağın böyük əksəriyyəti Ukraynadan gəlir. Ukraynadan tədarükdə problem olduğu üçün Türkiyəyə müraciət edirik. Yaxud da Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərdən həmin məhsulu alırıq. Onlar isə bu məhsulları dünyanın bir çox yerlərindən alırlar”.
Ölkəmizdə fəaliyyət göstərən kolbasa şirkətlərindən birinin baş texnoloqu Yusif Abbasov Rusiyadan kolbasanın istehsalı ilə bağlı asılılığımızın olduğunu bildirir:
“Hazırda istehsalda bir problem yoxdur. Xammalımız əsasən Rusiyadan gəlirdi. İnsi isə əsasən yerli istehsalçılarımızla işləyirik”.
Kolbasanın istehsalı və satışı ilə məşğul olan şirkətlərdən birinin direktor müavini Cavad Quliyev də qonşu dövlətlə əlaqələrindən danışıb:
“Rusiyadan kolbasa məhsullarının alışını davam edirik. Pul köçürmələrdə də problemimiz yoxdur. Bu əməliyyatları Azərbaycan bankları vasitəsilə həyata keçiririk”.
"Veysəloğlu" Şirkətlər Qrupunun əsas partnyor şirkətlərindən olan “Halal Dad” MMC-nin İcraçı direktoru Nicat Qəhrəmanov hazırda bölgədə geosiyasi vəziyyətin kolbasa məhsullarına təsirlərini belə izah edir:
“Son hadisələr iqtisadiyyata, yerli sahibkarlıq subyektlərinə, o cümlədən ət və ət məhsulları istehsalı ilə məşğul olan müəssisələrə ciddi təsir göstərib. Yerli istehsalın demək olar ki, 60-70 %-i Rusiyadan idxal olunan xammaldan asılıdır deyə, bu, həm qiymət, həm də nəqliyyat xərcləri baxımından ciddi qiymət artımına səbəb olur. Lakin dövlətin apardığı iqtisadi siyasət nəticəsində qismən də olsa ayaqda dura bilmişik. Mövcud beynəlxalq iqtisadi-siyasi vəziyyət qiymətlərdə bir qədər də artıma, həmçinin ərzaq, xammal çatışmazlığına gətirib çıxarmışdı. Bu təsir kolbasa, sosis və servelat istehsalı olan yerli müəssisələrə də təsirsiz ötüşməyib. Bölgədəki vəziyyətlə əlaqədar olaraq, yollar bağlandığından xammalın çatdırılmasında gecikmələr və ləngimələr olur. Alternativ bazar olaraq, Türkiyəni deyə bilərəm. Bu yolla idxal edilərkən həm daşınma, həm də logistika çətinlikləri səbəbindən qiymətlərdə artım müşahidə oluna bilər”.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
15 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 23 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Ən çox oxunanlar
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”























