MTK-lar şişirdilmiş “kommunal pulu” müəyyənləşdirirlər - QANUNİDİR?
Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırıblar. Bu isə bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlər ilə MTK sahibləri arasında narazılığa səbəb olub. Hətta bəzi MTK sahibləri “bir az da uzağa gedərək” hər evin kvadrat metri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər. Bu isə o deməkdir ki, 130 kvadrat metrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın “kommunal pulu” ödəməlidir. Əsalandırılması mümkün olmayan ödəniş məbləğidir.
"Marja" xəbər verir ki, tanınmış iqtisadçı Vüqar Bayramov məsələlərə aydınlıq gətirib:
- Əvvəlla, MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir? Bərmənalı şəkildə, MTK sahibləri “havadan götürülmüş rəqəmlərə” söykənib aylıq ödəniş tələb edə bilməzlər. Ümumiyyətlə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, “kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir”.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Elə həmin məcəlləyə əsasən, “yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”. Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalar təhvil alınmış, yəni dövlət qeydiyyatı olan binalara aid hesab edildiyindən, “kupçasız binalar” bu şərtləri çox əksər hallarda pozurlar.
Daha konkret, aylıq ödənişlərə gəldikdə isə, mövcud qanunvericiliyə əsasən, dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur. Yəni, MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər. Amma problem ondadır ki, indiyədək cəmi 43 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib. Deməli, böyük əksəriyyət binalarda belə cəmiyyətlər fəaliyyət göstərmir. Və deməli, əksər MTK sahibləri özləri şişirdilmiş aylıq ödənişlər müəyyənləşdirirlər.
Problemi necə həll etmək mümkündür?
Təbii ki, daha məqsədə uyğunu kommunal xidmətlər ilə təmin edilmiş və tam yaşayışlı binalar daha sadə şərtlər ilə dövlət qeydiyyatına alınıb, “kupça” ilə təmin olunsunlar ki, sözügedən tikililərdə belə cəmiyyətləri formalaşdırmaq mümkün olsun. Bununla belə, qanunvericilik ilə kommunal xidmətlər ilə təmin edilmiş, amma hələlik dövlət qeydiyyatına alınmayan binalar üçün də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması məcburi hala gətirilə bilər.
Digər tərəfdən, əksər MTK sahiblərinin yüksək aylıq ödənişlər müəyyənləşdirildiyini nəzərə alsaq o zaman Nazirlər Kabineti tərəfindən maksimum aylıq ödənişlərinin tətbiq edilməsi məqsədə uyğun olardı. Bu zaman, MTK sahibləri istədikləri rəqəmi aylıq ödəniş kimi elan edə biməyəcəklər. Bütün hallarda, aylıq ödənişlərin əhalinin ödəmə qabiliyyətinə uyğunlaşdırılmasına ehtiyac var. Və deməli, aylıq haqqların müəyyənləşdirilməsin nəzarətin gücləndirilməsi oldquca vacibdir. Hüquqi baza və nəzarəti gücləndirməklə bir sıra MTK sahiblərinin müəyyənləşdirdiyi şişirdilmiş aylıq ödəniş problemini həll etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
18 d. əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 30 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Dekabrın 17-də gözlənilən hava şəraiti
Maaşa uyğun kredit – Expressbankda
Ən çox oxunanlar
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
İrşad-da “Yaşıl Günlər” başladı!














.jpg)




