"Münaqişə artıq öz həllini tapıb" - Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Sizi görməyə şadam. Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Bu, bizim gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Əlbəttə ki, ATƏT-in sədri olaraq sizinlə regionda postmünaqişə vəziyyətindən danışacağıq. Eyni zamanda, Polşa və Azərbaycan arasında ikitərəfli gündəlik də çox genişdir. Bilirsiniz ki, bu yaxınlarda Prezident Andjey Duda ilə bizim telefon söhbətimiz də olub. Mənim Prezidentlə Varşavada, Bakıda, Davosda görüşlərimlə bağlı çox yaxşı xatirələrim var. Bilirsiniz ki, biz müntəzəm olaraq bir-birimizlə təmasdayıq və ölkələrimiz arasındakı münasibətlər bizim güclü tərəfdaşlığımızı yaxşı nümayiş etdirir.
Həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib.
Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək.
Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası - hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var.
Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda vəhşiliklər törətdiklərini, tarixi, dini, mədəni abidələri və digər tikililəri dağıtdıqlarını qeyd etdi. İşğaldan azad olunmuş ərazilərdə hazırda ölkəmizin üzləşdiyi ən böyük problemin ermənilər tərəfindən basdırılan minalar olduğunu dedi.
Dövlətimizin başçısı 1-ci Ermənistan-Azərbaycan müharibəsindən indiyədək 4 min soydaşımızın itkin düşdüyünü ATƏT-in fəaliyyətdə olan sədri kimi Zbiqnev Raunun diqqətinə çatdırdı.
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Bakı şəhərinin gözəlliyinin onu heyran etdiyini dedi.
Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd etdi ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. ATƏT-in fəaliyyətdə olan sədri bu proseslərin Qafqaz regionu, eyni zamanda, Mərkəzi və Şərqi Avropa üçün də çox sevindirici olduğunu dedi və bunun gələcək üçün yeni imkanlar yaratdığını bildirdi.
Qonaq Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı.
Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğuladı.
Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı olduğunu bildirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
20 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
-
20 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
52 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti

























