“Nar” illik göstəricilərini açıqladı - BAZARIN 23%-NƏ NƏZARƏT EDİR
“Nar” 2,2 milyon aktiv abunəçi bazası ilə yerli rabitə bazarında 23%-lik pay sahibidir. Ötən il “Cavannar” abunəçilərinin sayı isə 50% artıb.Fəaliyyətə başlamasının 15-ci ilini qeyd edən “Nar” 2021-ci il ərzində rabitə bazarında əldə etdiyi göstəriciləri açıqlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, abunəçilərinə xərc qarşılığında dəyər təqdim edən mobil operator 2021-ci ilin nəticələrinə əsasən 2,2 milyon aktiv abunəçi bazası ilə yerli rabitə bazarında 23%-lik pay sahibidir.
Müştəri məmnuniyyətinin öyrənilməsi məqsədi ilə keçirilən müstəqil sorğunun nəticəsinə görə, “Nar” 3 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. 2021-ci ildə “Nar” xidmət mərkəzlərini ziyarət edənlərin 93%-i göstərilən xidmətdən razı qalıb. Çağrı mərkəzi və rəqəmsal kanallar isə çətinlikləri saniyələr ərzində həll etməsi ilə fərqlənib. Bundan başqa, abunəçinin xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran “Nar+” tətbiqinin istifadəçiləri 2021-ci ildə 80% artıb.
Müştərilərinin tələblərini və rəyləri əsasında bazara təqdim edilən “Full” və “Cavannar” tarifləri “Nar”ın ən çox istifadə edilən məhsulları sırasındadır. 2021-ci ildə “Full” abunəçilərinin sayı 20%, “Cavannar” abunəçilərinin sayı isə 50% artıb.
Müştərilərinin “Nar” mağazasında özlərini daha komfortlu hiss etmələri və göstərilən xidmət keyfiyyətini üstün saxlamaq məqsədilə “Nar” öz mağazalarını yeni konsepsiya ilə dizayn edir. Bu günədək 3 xidmət mərkəzi və 41 mağaza tam yenilənib və ziyarətçilərinə xidmət göstərir.
Ölkə əhalisinin 94%-ni əhatə edən “Nar” 4G şəbəkəsindən hazırda 1,4 milyon “Nar” abunəçisi istifadə edir və bu say ölkədə ən yüksək göstəricilərdən biridir. “Nar” işğaldan azad edilmiş ərazilərdə də sürətlə şəbəkə infrastrukturunu yaradılmasına davam edir. Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd (Hadrut), Şuşa, Tərtər, Zəngilan rayonlarında “Nar” xidmətlərindən istifadə etmək mümkündür. Hazırda Nar 8000-dən çox baza stansiyası ilə əhalinin 99%-nə yüksəkkeyfiyyətli xidmət göstərməkdədir.
“Nar” özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkənin mühüm sosial layihələrində aktiv iştirak etməyə davam etməkdədir. 2021-ci ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 24 layihə həyata keçirən mobil operator layihələrinin davamlı olmağı ilə seçilir. “Nar” son 5 ildə sosial layihələrə 4,3 milyon AZN sərf edib.
Mobil rabitə bazarındakı üstünlüyü saxlamaq üçün 2022-ci ildə “Nar” , müştəri yönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 27 mağazanı abunəçilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki şəbəkə infrastrukturunu daha da genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 d. əvvəl
-
15 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
17 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 44 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək






















