Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu 2026-cı ildə başa çatdırılacaq - Yol layihələrinin vəziyyəti açıqlandı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol layihələri vəziyyətini açıqlayıb.
AAYDA-dan verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 15-dən çox yol layihəsi icra olunur.
1. Füzuli – Hadrut avtomobil yolu
- texniki göstəricilər: 12 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 42%, yol geyimi 23%, boru və keçidlərin tikintisi 21% icra olunub. Yolun 300 m hissəsində asfalt-beton örtüyün alt layı tikilib.
- işlərin başa çatdırılması: 2022-ci il.
2. Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu
- texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
3. Bərdə – Ağdam avtomobil yolu
- texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 57%, yol geyimi 19%, boru və keçidlərin tikintisi işləri 45%, körpülərin tikintisi 93% icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
4. Qubadlı - Eyvazlı avtomobil yolu
- texniki göstəricilər: 28.5 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
- işlərin başa çatdırılması: 2022-ci il.
5. Qubadlı - Mahmudlu - Yazdüzü - Ermənistan sərhədi avtomobil yolu
- texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolun layihələndirməsi işləri aparılır.
- işlərin başa çatdırılması: 2022-ci il
6. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
- texniki göstəricilər: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yollarda torpaq işləri 83%, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
7. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi
- texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə parallel olaraq, torpaq işləri həyata keçirilir, 13-24 cü km hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
8. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi
- görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri görülür
- işlərin başa çatdırılması: 2022-ci il
9. Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
- texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: Yolun ilk 8.5 km və 9-22-ci km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
10. Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu
- texniki göstəricilər: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: Qubadlı - Laçın istiqamətində 45 km, Xanlıq istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 25%, körpülərin tikintisi 24%, istinad divarlarının tikintisi 22% icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
11. Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
- texniki göstəricilər: 39.7 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 58%, yol geyimi 17%, boru və keçidlərin tikintisi 64%, körpülərin tikintisi 56% icra olunub.
- işlərin başa çatdırılması: 2023-ci il.
12. Ağdam – Füzuli avtomobil yolunun tikintisi
- texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işləri 3% icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
13. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
- texniki göstəricilər: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
- görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır.
- işlərin başa çatdırılması: 2024-cü il.
14. Əhmədbəyli - Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd yeni avtomobil yolu
- texniki göstəricilər: 123.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 48% icra olunub.
- işlərin başa çatdırılması: 2024-cü il.
15. Kəlbəcər - Laçın avtomobil yolu
- texniki göstəricilər: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km.
- görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir.
- işlərin başa çatdırılması: 2025-ci il.
16. Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
- texniki göstəricilər: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli – 11.6 km; tunel 1 – 6.3 km.
- görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. 8.5-8.7 və 12.8-13.5-ci km hissələrdə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26.5-ci km-də kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb.
- işlərin başa çatdırılması: 2026-cı il.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
7 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
7 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
7 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
7 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
8 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır


























