"Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir" - MÜSAHİBƏ
Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov müsahibə verib:
- Dünya bazarında neft və təbii qazın qiymətlərinin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş qiymətləri iki dəfədən çox üstələdiyini nəzərə alaraq, bu il ARDNF-ə əlavə nə qədər vəsaitin daxil olması gözlənilir?
- Fondun 2022-ci il büdcəsində mənfəət neftinin və qazın satışı maddəsi üzrə ümumilikdə 5 046,5 mln ABŞ dolları məbləğində (xam neftin 50 ABŞ dolları qiyməti ilə) vəsaitin daxil olması nəzərdə tutulub. Xam neftin qiymətində hər 10 ABŞ dolları artım Fonda əlavə təqribən 1,4 milyard ABŞ dollarına qədər vəsaitin daxil olmasına şərait yaradır.
- Netin qiymətinin proqnozları üstələməsi ilə əlaqədar ARDNF-in büdcəsinə yenidən baxılması gözlənilirmi?
- "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq Fondun büdcəsinin icmal büdcənin tərkib hissəsi olduğunu, onun əsas parametrlərinin, o cümlədən xam neftin baza qiymətinin dövlət büdcəsi ilə eyni götürüldüyünü nəzərə alaraq, Fondunun büdcəsində dəyişiklik edilməsi icmal və dövlət büdcəsində edilən dürüstləşdirmə prosesi çərçivəsində həyata keçirilir.
- Gəlirlərin artmasını nəzərə alaraq, ARDNF-in xərclərinə yenidən baxıla bilərmi? Bu xərclər hansı sahələri əhatə edə bilər?
- "Büdcə sistemi haqqında" qanuna əsasən icmal büdcənin tərkibində Fondun xərclərinin yuxarı həddi büdcə qaydası, o cümlədən bu qaydaya uyğun olaraq hesablanan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi əsasında müəyyən edilir. Bununla əlaqədar Fondun xərclərinə yalnız icmal və dövlət büdcəsində edilən dəyişikliklər çərçivəsində yenidən baxıla bilər. Hazırda Fondun büdcəsi çərçivəsində dövlət büdcəsinə transfer ödənişləri, habelə iki təhsil proqramının, o cümlədən “2019-2023-cü illərdə ali təhsil sisteminin rəqabətqabiliyyətliyinin artırılması”, habelə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramları”nın maliyyələşdirilməsi təmin edilir. Fondun digər sahələr birbaşa maliyyələşdirməsi nəzərdə tutulmur.
- Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı əlavə vəsaitin ayrılmasını nəzərdə tutulurmu?
- Bu istiqamətdə maliyyələşdirmə dövlət büdcəsi çərçivəsində həyata keçirildiyindən, qeyd edilən məsələyə büdcə xərcləri çərçivəsində baxılır. Fondun büdcəsində nəzərdə tutulan proqramlardan əlavə olaraq hər hansı digər layihələrə vəsaitin birbaşa ayrılması nəzərdə tutulmur.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 8 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















