Alıcılar sanksiyalar təhlükəsi səbəbindən Rusiya neftindən imtina etməyə başlayıblar
Ukrayna ətrafında gərginlikdən narahat olan Asiya və Avropadakı Rusiya neftinin alıcıları, müharibə başlayarsa və sanksiyalar tətbiq edilərsə çətin vəziyyətə düşəcəklərindən ehtiyat edərək planlarını yenidən nəzərdən keçirməyə və lotların alışını təxirə salmağa başlayıblar.
Marja xəbər verir ki, Avropada Rusiyanın Urals markalı nefti digər markalara nisbətən ucuzlaşıb.
ING-nin baş əmtəə strateqi Uorren Patterson bildirib ki, "Ticarətçilər qeyri-müəyyənlik səbəbindən Urals almaqda tərəddüd edirlər".
Avropa gündə təxminən 2,5 milyon barel alaraq Rusiya neftinin əsas bazarı olaraq qalır.
Şirkət nümayəndələri Bloomberg-ə bildiriblər ki, Uzaq Şərqdən Rusiyan neftinin alıcıları, Rusiya sanksiyalara məruz qalacağı təqdirdə ticarət məhdudiyyətlərindən əziyyət çəkəcəklərindən getdikcə daha çox narahat olurlar.
Treyderlərin sözlərinə görə, bazar iştirakçıları aprel ayı üçün Rusiyadan satınalma planlarını yenidən nəzərdən keçirməyə, alternativ olaraq Səudiyyə Ərəbitanı nefti və ya Birləşmiş Ərəb Əmirlikləri növlərini seçməyə başlayırlar. Avropadakı bir neçə alıcı da Ukrayna ilə bağlı vəziyyətin nəticəsini gözləməyə üstünlük verdiklərini bildiriblər.
"Bazar, şübhəsiz ki, gərginliyin arxadan qaldığına hələ inanmayıb" - Patterson deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 53 d. əvvəl
- 59 d. əvvəl
-
10 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 10 saat əvvəl
-
12 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
12 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
12 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
13 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
13 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb






























