Azərbaycanda ərik və şaftalı bağlarının - GÜZƏŞTLİ SIĞORTASI BAŞLAYIB – ŞƏRTLƏR, QİYMƏTLƏR
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığota mexanizmi çərçivəsində ərik və şaftalı (nektarin) bağlarının güzəştli sığortası başlayıb.
Aqrar Sığorta Fondundan Marja-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) də sığortalanan məhsullar sırasına daxil edilib.
Nəticədə Azərbaycanda bu meyvələri becərən fermer və iş adamları bağlarını ən müxtəlif risklərdən sığortalaya bilərlər.
Ərik bitkisi Azərbaycanda 4 min hektar sahədə becərilir. Ərik bağları ən çox Goranboy, Samux, Şəmkir, Bərdə, Tərtər, Xaçmaz, Şəki, Ordubad və Şərurdadır. Ərik daxili bazarda satılmaqla yanaşı, xaricə də ixrac edilir – 2021-ci ildə Azərbaycandan 2,2 milyon dollarlıq ərik ixrac edilib.
Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda ərik bağnın baza zərfi üzrə sığorta tarifləri 2,19%-4,48% arasındadır.
Azərbaycanda iqtisadi baxımdan ən sərfəli meyvələrdən olan şaftalı isə ölkəni demək olar bütün bölgələrində 7,1 min hektarda əkilir. Şaftalı bağları ən çox Xaçmaz, Şəmkir, Goranboy, Göygöl, Quba, Qusar, Şabran və Balakəndədir.
Şaftalı (nektarin) – ölkəyə ən çox valyuta gətirən meyvələrdəndir. 2021-ci ildə şaftalı ixracı Azərbaycana 30 milyon dollardan artıq gəlir gətirib.
Şaftalı bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda şaftalı bağnın baza zərfi üzrə sığortası üçün tariflər 2,55%-5,34% arasındadır.
Misal. 1 hektar ərik bağının sığortası:
5000 manatlıq məhsul gözlənilən ərik bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 110-224 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 55-112 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 4 500 manat təşkil edir.
Misal. 1 hektar şaftalı bağının sığortası:
6000 manatlıq məhsul şaftalı bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 153-320 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 77-160 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 5 400 manat təşkil edir.
Aqrar sığorta ərik və şəftəli (nektarin) bağlarını
-dolu;
-qasırğa;
-fırtına;
-sel və subasma;
-leysan;
-şaxtavurma (donvurma),
-normadan artıq yağan qar yağıntıları;
-üçüncü şəxslərin hərəkətləri,
-ildırım;
-yanğın;
-zəlzələ,
-torpaq sürüşməsi və sair risklərdən qoruyur.
Əlavə ödəniş etməklə ərik bağını şaxtavurmadan (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisindən və bitki xəstəliklərindən sığorta etmək olar.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 22 saat sonra
-
-
3 d. əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 6 d. əvvəl
- 14 d. əvvəl
-
38 d. əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
1 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
1 saat əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır























