Xaçmaz KOB evi tərəfindən sahibkarlara 50 minə yaxın xidmət göstərilib
Fevralın 7-də “Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötür.
Ötən müddət ərzində “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara 49931 xidmət göstərilib. Bunlardan 47973-ü (96%) “G2B”, 1958-i (4%) isə “B2B” xidmətlərdir.
“Xaçmaz KOB evi” tərəfindən sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi genişlənməkdədir. Belə ki, 2022-ci ilin yanvar ayında “Xaçmaz KOB evi”ndə daha 2 yeni “G2B” xidmət sahibkarların istifadəsinə verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya verilən məlumata görə, hazırda “Xaçmaz KOB evi”ndə sahibkarlara 10 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 6 özəl şirkət tərəfindən 100-dək zəruri “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, kommunal xidmətlər, bank və s. xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər.
“Xaçmaz KOB evi”nin xidmətlərindən daha çox istifadə edən rayonlar arasında Xaçmaz, Quba və Qusardan olan sahibkarlar üstünlük təşkil edir.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. KOB evləri həmçinin, fəaliyyət göstərdiyi regionda kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdırır, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına dəstək olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



.jpg)
