Ailə TV və Ailə NET brendlərinin dizayn və üslubu dəyişib
“Ailə TV” brendinin yeni restaylinqini təqdim edilibAzərbaycanın telekommunikasiya sektorunda uzun illərdir uğurla fəaliyyət göstərərək əsasən kabel televiziyası, IPTV və internet provayder xidmətləri göstərməkdə olan “Kaspian Telekom” MMC şirkəti tarixində ilk dəfə olaraq Ailə TV və Ailə NET brendlərinin restaylinq tədbirləri çərçivəsində dizayn və üslubunu dəyişib. Eyni zamanda şirkət artıq yeni “Hər kəsə dəyərli” şüarı ilə öz xidmətlərini mövqeləndirəcək.
Bu barədə Marja-ya “Kaspian Telekom” şirkətindən bildirilirb.
Qeyd edilib ki, zamanın tələblərinə uyğunlaşma tədbirləri təkcə brendin vizual olaraq yenilənməsi deyil, həm də keyfiyyətcə daha üstün və innovativ xidmətlərin tətbiqini özündə əks etdirir.
Plan üzrə həyata keçirilən işlərin nəticəsi olaraq artıq abunəçilərin rahatlığı üçün yeni Aile Mobile tətbiqi həm PlayStore həm də AppStore platformalarında təqdim olunmuşdur. Bu mobil əlavədən istifadə etməklə abunəçilər həm şirkətin təqdim etdiyi müxtəlif xidmətlər üzrə abunəlik hesablarına nəzarət edə, həm də abunə haqqlarını ödəməklə bonuslar toplaya bilərlər.
Ailə TV-nın IPTV xidməti vasitəsilə dünyanın hər yerindən 200-dən çox televiziya kanalının izlənməsi imkanı da indi hər kəsə əlçatandır, belə ki xidəmtdən istifadə üçün həm müasir Ailə TV Player cihazı həm də LG və Samsung Smart televizorları üçün əlavələr, eləcə də PlayStore və AppStore-də Aile TV əlavələri istifadəyə verilmişdir. Televizorları Smart olmayan istifadəçilər də yeniliklərdən kənarda qalmayıb, onların rahatlığı üçün android 9 əməliyyat sistemində çalışan yeni nəsil Ailə TV Player cihazları yaxın günlərdə satışda olacaq.
Yeni brend altında eyni zamanda şirkətin aile.tv internet səhifəsi yenilənmişdir, Bakı şəhərində 8 və Gəncə şəhərində 1 xidmət şəbəkəsinin korporativ üslubu yeni brendə uyğun tərtib edilməkdədir. Yenilənmə tədbirləri şirkətin bütün digər vizual daşıyıcıları və reklam, promo materiallarında da uğurla başa çatdırlımışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























