Azərbaycanda meyvə bağlarının güzəştli sığortası başladı – ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR
Azərbaycanın kənd təsərrüfatında, xüsusilə də meyvə tədarükü ilə məşğul olan fermer və sahibkarlar üçün mühüm yenilik baş verib.
Nazirlər Kabinetinin qərarı ilə ölkədə iqtisadi məqsədlərlə ən çox əkilən meyvələr - xurma, ərik, şaftalı, albalı, gilas, alça, gavalı, heyva, alma, armud, çiyələk və nar dövlət dəstəkli aqrar sığortanın əhatə etdiyi məhsulların sırasına daxil edilib.
Dövlət dəstəkli olduğuna görə, bu əkinlərin sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir.
Sözügedən bitkilər təkcə ölkənin ərzaq təhlükəsizliyi üçün deyil, həm də xaricə ixrac baxımından mühüm əhəmiyyət daşıyır. Sadalanan meyvələrin xaricə ixracı təkcə 2021-ci ildə Azərbaycana 180 milyon dollardan artıq gəlir gətirib.
Aqar sığorta qaydalarına görə, meyvələr dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma (yeni), leysan (yeni), ildırım vurması, şaxtavurmadan (donvurma - yeni), normadan artıq yağan qar yağıntıları (yeni), üçüncü şəxslərin hərəkətləri və sair risklərdən sığortalanır.
Meyvələrin sığortalanması üçün aqrar sığorta tarifləri meyvələrin növündən və əkin sahəsinin yerləşdiyi ərazidən, eləcə də seçilən sığorta zərfindən asılı olaraq dəyişir.
Baza zərfi üçün sığorta tarifləri:
-albalı məhsulunda 3,36-7,31%,
-alça və gavalı məhsulunda 3,49-7,62%,
-alma və armud məhsulunda 3,26-7,06%,
-çiyələk məhsulunda 2,76-6,14%,
-ərik məhsulu üzrə 2,19-4,48%,
-gilas məhsulu üzrə 3,56-7,81%,
-nar məhsulu üzrə 1,62-3,08%,
-şaftalı məhsulu üzrə 2,55-5,34%,
-xurma məhsulu üzrə 2,14-4,36% təşkil edir.
Misal1. 1 hektar alma (və ya armud) sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1 sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 3 200 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 104- 226 manat arasında dəyişir.
Fermer bu məbləğin yalnız yarısını – 52-113 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 2 880 manat təşkil edir.
Misal 2. 1 hektar şaftalı (nektarin) sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1 sentner məhsulun bazar qiyməti – 30 manat olarsa, sahədə gözlənilən məhsulun ümumi dəyəri, yəni sığorta məbləği 2 400 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 61-128 manat arasında dəyişir.
Fermer bu məbləğin yalnız yarısını – 31-64 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 2160 manat təşkil edir.
Misal 3. 1 hektar xurma sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1 sentner məhsulun bazar qiyməti – 25 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri, yəni sığotrta məbləği 2000 manata təşkil edir.
Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 43-87 manat arasında dəyişir.
Fermer bu məbləğin yalnız yarısını – 22-44 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 1800 manat təşkil edəcək.
Əlavə sığorta haqqı ödəməklə meyvələr dolu vurması nəticəsindən keyfiyyət itkisindən, şaxtavurmadan (donvurma - yeni), eləcə də bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalana bilər.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Yanvarın 12-də saat 15.30-da Aqrar Sığorta Fondunun Facebook səhifəsində aqrar sığortaya yeni cəlb edilmiş meyvə məhsullarının sığorta şərtləri ilə bağlı canlı yayım təşkil ediləcək.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 saat sonra
-
- 31 d. əvvəl
-
46 d. əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 52 d. əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
2 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
2 saat əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
4 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Ən çox oxunanlar
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti





















