2029-cu ildə son dərəcə təhlükəli asteroid Yerə doğru uçacaq
2029-cu ildə Kosmonavtika Günündən dərhal sonra diametri təxminən 400 metr, çəkisi 30 tondan çox olan kritik təhlükəli olan asteroid “Apofis” Yerə doğru uçacaq.
Bu barədə Rusiyanın Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu məlumat yayıb.
Tədqiqatçıların proqnozlarına görə, “Apofis”in (qədim Misirin məhvetmə tanrısı Apopın şərəfinə adlandırılıb) maksimum yaxınlaşma anı aprelin 13-nə təsadüf edəcək.
“Yaxınlaşma sürəti saniyədə 7,42 kilometr olacaq. Onun Yer səthi ilə toqquşması zamanı ayrılan enerji 1717 meqaton olacaq. Həmin an 10 kilometr radiusda zəlzələnin gücü Rixter şkalası üzrə 6,5 bala çata bilər, küləyin sürəti saniyədə ən azı 790 metr olacaq”, - institutun proqnozunda bildirilir.
Həmçinin asteroidlə Yerin toqquşması zamanı 1961-ci ildə sovet termonüvə bombasının partlamasından 30 dəfə daha güclü partlayışa səbəb olacağı proqnozlaşdırılır.
Bundan əvvəl NASA iki təhlükəli asteroidin Yerə doğru yaxınlaşdığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək



























