İlham Əliyev Dövlət İnformasiya Agentliyinin yeni binası ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.
Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.
Bildirilib ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilib.
Səkkizguşəli ulduz formasında layihələndirilmiş binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderimizin, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər yaradılıb, AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzey təşkil olunub.
İnformasiya məkanında yeni çağırışlara adekvat cavab vermək üçün müasir texnika və avadanlıqlarla təchizat vacibdir. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb.
İstirahət və bayram günləri də daxil olmaqla fasiləsiz rejimdə fəaliyyət göstərən AZƏRTAC-ın yeni binasının ayrıca transformator məntəqəsi, fövqəladə hallarda elektrik ehtiyacını ödəyən dizel generator stansiyası vardır. Müasir qazanxana sistemi binanın bütün fəsillərə uyğun mərkəzləşdirilimiş qaydada havalandırılmasını təmin edir. Binanın zirzəmi qatında və həyətində 60 avtomobil üçün dayanacaq yaradılıb, ərazi abadlaşdırılıb və yaşıllaşdırılıb, ətraf küçəyə asfalt döşənib.
AZƏRTAC-ın yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev deyin: Əməkdaşlara salam deyin.
Aslan Aslanov: Hamısının Sizə salamları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























