Azərbaycanlı iş adamları Türkiyə fabrikini ilk günlərində müflis olmaqdan xilas ediblər - VİDEO
Azərbaycanlı iş adamları Türkiyənin ən böyük divar kağızı istehsalçısını ilk günlərində müflis olmaqdan xilas ediblər
Marja.az xəbər verir ki, 2014-cü ildə, hazırda Türkiyənin ən böyük divar kağızı istehsalçısı olan "Adawall" satışa başlamamış müflis olmaq təhlükəsilə üzləşib. Şirkət azərbaycanlı iş adamlarının da dəstəyi sayəsində ilk satışlarına başlayıb. Şirkətin sahibi Hakan Güzel Azərbaycana gələrək divar kağızı satan mağazalarda olub, danışıqlar aparıb. Fərqli dizaynları ilə diqqət çəkən "Adawall" markası bu gün Adanadan 120 ölkəyə divar kağızları ixrac edir. Azərbaycanda isə "Adawall" divar kağızlarını satan 12 mağaza var.
Hakan Güzel əmisi oğlu Vehbi Güzel ilə Türkiyənin ən böyük divar kağızı fabrikini quranda 32 yaşında olub. Fabriki bankdan götürdüyü kredit və koreyalı sənayeçinin dəstəyilə qurub. İlk satışlarına azərbaycanlı iş adamlarının da dəstəyilə başlayıb.
Hakan Güzel biznesinə 7 yaşında babasının xırdavat mağazasında başlayıb. Bal ayı tətilinə getdiyi Malayziyada rastlaşdığı iş fürsəti onu divar kağızı ilə tanış edib. Qısa müddətdə Türkiyənin ən böyük divar kağızı idxalçısı, ardınca isə istehsalçısı və ixracatçısı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























