Məhsulun hamısı ixrac ediləcək
İstixanalardan biri Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyilə Sabirabadda ərsəyə gəlmişdir. Rayon mərkəzinə yaxın ərazidə yerləşən təsərrüfatın ümumi ərazisi 10 hektar olsa da, hələlik onun 6 hektarında məhsul yetişdirilir. İstixana tamamilə müasir texnologiya əsasında qurulmuşdur. Burada proseslər avtomatlaşdırılmışdır. Bütün işlər kompüter vasitəsilə idarə olunur. Şitillər Şri-Lankadan gətirilmiş xüsusi dibçəklərdə əkilib-becərilir. Pomidor şitillərinin tozlanmasında İsraildən gətirilmiş arılardan istifadə olunur.
Keçən il xiyar yetişdirən tərəvəzçilər bu il pomidora üstünlük veriblər. Məhsul boldur. İcraçı direktor Ramin Bağırov deyir ki, cari il 1700 tondan çox pomidor istehsal etməyi nəzərdə tutublar. Rusiyanın paytaxtı Moskva ilə müqavilələri var. İstixanada istehsal olunan məhsulun hamısı ixrac ediləcək.
Hazırda istixanada çalışanların sayı 100 nəfərdən çoxdur. Orta aylıq əməkhaqları da pis deyil - 300 manatdan yuxarıdır. Briqadir Təzəgül Abasəliyev deyir ki, çəkdikləri zəhmət hədər getmir: “Yetişdirdiyimiz pomidorun dadı da, görünüşü də əladır. İndiyədək heç bir irad olmayıb. Burada bizim üçün yaxşı şərait yaradılıb. Yeməkxanamız var. İşə xüsusi avtobusla gedib-gəlirik. Kollektivimiz çox səmimidir, sanki bir ailənin üzvləriyik”.
© Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)





