Azərbaycan şirkəti ölkə xaricində qlobal bankın tenderində qalib oldu
EKVİTA, xaricə çıxış əldə edən Azərbaycanın ilk konsaltinq şirkəti oldu.Azərbaycanın konsaltinq şirkəti EKVİTA Özbəkistanda Asiya İnkişaf Bankının (AİB) “Mərkəzi və Qərbi Asiyada Gender-İnklüziv Layihələrinin Hazırlanması və İcrası” adlı layihə üzrə beynəlxalq tenderində qalib elan edilib.
Şirkətdən Marja.az-a verilən məlumata görə, tender AİB-nın beynəlxalq satınalma portalı vasitəsilə keçirilmiş və AİB-nın baş qərargahı Manila şəhərində qiymətləndirilmişdir. EKVİTA topladığı ən yüksək texniki bala görə Çin, Hindistan və Yeni Zelandiyadan olan xarici şirkətlər arasından qalib seçilmişdir. Beləliklə EKVİTA, xaricə çıxış əldə edən Azərbaycanın ilk konsaltinq şirkəti olub.
"13 ildir ki fəaliyyət göstərən EKVİTA şirkətinin həm özünün insan resursları, həm də təcrübəsi imkan verir ki, Asiya İnkişaf Bankı kimi böyük bir qurumun tələblərinə uyğun olan layihəni ölkə xaricində icra edə bilsin",- məlumatda deyilir.
Bu Texniki Yardım (istinad nömrəsi: TA 6693-REG) layihəsinin məqsədi Özbəkistanın əsas dövlət agentlikləri, təhsil müəssisələri və biznes assosiasiyaları ilə sıx işləyərək STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) və TVET (texniki və peşə təhsili və təlimi) üzrə təlim materiallarının qiymətləndirilməsidir. Layihə Özbəkistanın Xivə, Urgənc və Buxara regionalarındakı qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində, həmçinin dəmiryolu və turizm sektorundakı iş yerlərinə yiyələnmək üçün qarşılaşdıqları çağırışları və maneələri müəyyən edəcək.
Bu qiymətləndirmənin nəticəsi olaraq, EKVİTA bütün maraqlı tərəflər üçün tövsiyələr hazırlayaraq təlim planı təşkil edəcək və bacarıqların inkişafı planı hazırlayacaq. Bu işlərin icrasında EKVİTA həm beynəlxalq, həm də Azərbaycan və Özbəkistan ekspertlərinin bacarığına əsaslanacaq.
Son illər EKVİTA Orta Asiya, Türkiyə və Balkan ölkələrində gender bərabərliyi, KOB-ların və startapların inkişafı, əmək siyasəti və digər müxtəlif kommersiya layihələrində iştirak etmişdir. Gender bərabərliyi və gender inklüzivliyi kimi həssas bir mövzuda çalışacağımızdan xüsusi qurur duyuruq, və bu layihəni həm AİB, həm benefisiarlar üçün uğurlu olması üçün əlimizdən gələni edəcəyik.
“Bu uğur EKVİTA-nın regional konsaltinq şirkəti olması yolunda uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu günədək EKVİTA 13 ildən artıq müddətdə Azərbaycanda iş yerləri açaraq və iqtisadiyyatımıza töhfə verərək uğurla çalışmışdır. Bu kimi layihələr sayəsində biz iqtisadiyyata öz töhfəmizi daha da artıracağımıza ümidliyik. Həmçinin, ən yüksək texniki bal toplamağımız AİB-nın bizə göstərdiyi etimaddan xəbər verir” EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti deyərək bildirib.
EKVİTA hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Özəl sektordakı müştəriləri sırasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətlər yer alıb. Müxtəlif dövlət layihələri ilə yanaşı, EKVİTA həmçinin, Avropa Komissiyası, Ümumdünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak etmişdir.
EKVİTA-nın aparıcı mövqeyi IFRL 1000, Legal 500, Chambers & Partners kimi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 d. əvvəl
- 8 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
26 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
29 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 39 d. əvvəl
-
57 d. əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
1 saat əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
1 saat əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Kapital Bank" 100 milyon manatlıq istiqraz buraxır
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















