"Kreditorlara vəsaitlər yetməyəcək, spekulyasiyalara yol verməyə əsas yoxdur"
"Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər"
"Bank Standard" QSC-nin ləğvetmə prosesi ətrafında baş verənlər proseslərə ucuz spekulyasiya adı qoymaq olar". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
"Bilirik ki, "Bank Standard" müflis elan olunub və bu proses müvafiq qanunvericiliyə əsasən aparılır. Bununla yanaşı, mən hesab edirəm ki, proseslər beynəlxalq təcrübəyə əsaslanaraq və ən şəffaf qaydada həyata keçirilir. Müflisləşmə o deməkdir ki, müflis elan olunan təşkilatın, o cümlədən bankın bu proses zamanı əldə olunan aktivləri onun bütün öhdəliklərinin icrası üçün yetərli olmayacaq. "Bank Standard"ın aktivlərini qiymətləndirmək üçün tender keçirildi. Dünyanın hər yerində tanınan KPMG audit şirkəti bankın aktivlərinin ləğvetmə dəyərini qiymətləndirir. Eyni zamanda, "BM Morisson" hüquq şirkəti bankın öhdəliklərinin strukturunu müəyyən edib. Qiymətləndirmə zamanı müəyyən olunub ki, bankın aktivlərinin realizasiyasından daxil olan vəsaitlər ödəmə ardıcıllığı ilə birinci olan Əmanətlərin Sığortalanması Fondunun tələblərinin təxminən yarısını ödəyə bilir. Bu isə o deməkdir ki, yerdə qalan kreditorlara ləğvetmə prosesində olan bankın aktivlərinin realizasiyasından daxil olacaq vəsaitlər yetməyəcək. Bu, obyektiv reallıqdır və bunun ətrafında hər hansı spekulyasiyalara yol verməyə əsas yoxdur. Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər, bu məlumatlara açıqdırlar. Yalnız bank sirri olan məlumatlar üçüncü tərəflərə açıqlanmır", - deyə o bildirib.
Qeyd edək ki, mayın 24-nə "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 437 mln. 346 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1%-i deməkdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 33 d. əvvəl
- 47 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























