Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq
“Pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur”.
Marja xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
O qeyd edib ki, Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq:
“Bizim proqnozlarımıza görə, bəzi amillərin təsiri altında ilin sonunadək pul bazasında artım ola bilər. Ənənəvi olaraq ilin 4-cü rübündə, xüsuilə dekabr ayında əlavə pul kütləsi yaranır. Əlavə pul kütləsi olarsa onu sterilizasiya edəcəyik. Artıq lazımi göstərişlər verilmişdir. Bu istiqamətdə Mərkəzi Bankın kifayət qədər alətlər arsenalı var. Biz bu alətlərdən istifadə edərək dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracağıq”.
Mərkəzi Bankın sədri qeyd edib ki, bu ilin yayınadək Mərkəzi Bank yumuşaq pul siyasəti həyata keçirib, faizləri aşağı salıb, nəticədə də iqtisadiyyat canlanıb, məşğulluq artıb. Sentyabr ayından başlayaraq faizlərin artırılması və digər sərt siyasətlər inflyasiya təzyiqinin azaldılmasına xidmət edir: “Biz müşahidə edirik ki, iqtisadi fəallığın və məşğulluğun artması öz potensial imkanlarına çatmaqdadır. Belə bir vəziyyətdə monetar siyasətin bir az sərtləşdirilməsi iqtisadi inkişaf üçün təhlükə yaratmır”.
Sterilizasiya - Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satılaraq dövriyyədə olan pul kütləsinin azaldılmasıdır. Belə ki, açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən, banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda (məsələn notlar) dövriyyədə olan pul kütləsi azalır (sterilizasiya), qiymətli kağızlar alındıqda isə pul kütləsi artır (emissiya). Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər. Bir çox hallarda Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən depozit və kredit əməliyyatları da açıq bazar əməliyyatları hesab olunur.
Xəbər verdiyimiz kimi, 2021-ci ilin oktyabr ayında Azərbaycanda pul bazası 122,5 milyon manat artaraq 14 milyon 621,2 milyon manata yüksəlib. Ötən ilin sonu ilə müqayisədə, 10 ay ərzində pul bazası 1 milyard 57 milyon manat artıb.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manat ilə
29.10.2021 14621.2
30.09.2021 14498.7
31.08.2021 14172.3
30.07.2021 14213.4
30.06.2021 13803.0
31.05.2021 13856.8
30.04.2021 13281.6
31.03.2021 13315.0
26.02.2021 12863.0
29.01.2021 12782.0
30.12.2020 13564.2
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
13 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
13 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
13 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
13 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
14 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
14 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























