Yelo Bank maliyyə vəziyyətini açıqladı
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçib, aktivləri 105 milyon artıb, 180 milyondan çox depozit cəlb edib.Yelo Bank 2021-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ilin əvvəlindən Bankın xalis mənffəti 11,4 milyon manata çatıb. Eyni zamanda, Bankın aktivləri də 105 milyon manat artaraq 495.7 milyon manat təşkil edib.
Ümumi kredit portfeli il ərzində təxminən 100 milyon manat artaraq 408.1 milyon manata çatıb. Bu dövr ərzində 180 milyon manata yaxın biznes krediti verilib. Hazırda kredit portfelinin 56%-i real sektorun payına düşür. Məlumatda qeyd edilib ki, kredit portfeli iri korporativ müştərilər deyil, əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb.
Bununla yanaşı, hesabat dövründə 13 mindən çox müştəriyə 96 milyon manat istehlak krediti verilib. Nəticədə istehlak kredit portfelinin həcmi də 32% artaraq 111.2 milyon manata yüksəlib.
İlin əvvəlindən 6 mindən çox müştəri 180 milyon manatdan çox vəsaitini Yelo Banka etibar edib. Beləliklə, bankın depozit portfeli 32% artaraq 309.5 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayı sürətlə artır.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 32.9 milyon manat təşkil edib. Hazırda Bankın məcmu kapitalı 64.3 mln manatdır, bu göstərici requlyativ tələbdən 14.3 mln manat çoxdur.
Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov ötən rübün nəticələrini belə şərh edib: "Hər növbəti ay, hər növbəti rüb yeni strategiyamızın düzgünlüyünə daha da əmin oluruq. Lakin bu nəticələr yalnız strategiya deyil, onu düzgün icra edən 900 nəfərdən ibarət böyük bir komandanın uğurudur. Artan müştəri məmnuniyyəti bu ailənin hər bir üzvünə hər ötən gün daha yaxşı xidmət göstərmək üçün yeni stimul verir. Xidmət keyfiyyətini daha da artırmaq və daha çox müştəriyə çata bilməyimiz üçün filial şəbəkəmizi genişləndirməklə bərabər rəqəmsal məhsullarımızı da inkişaf etdiririk. Tezliklə Yelo Bank hər kəsə daha yaxın olacaq.".
Qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən Yelo Bank yeni 28 may, Xalqlar dostuğu, Sədərək, Mərdəkan, 20 Yanvar filiallarını istifadəyə verməklə bərabər, ötən həftə Baş ofis binasının da açılışını etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
13 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi





















