"İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq"
Əbülfəs Qarayev: Növbəti Bakı Şopinq Festivalına 500-dək ticarət obyektinin qoşulacağı nəzərdə tutulur
Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirilib.
“Bulvar Hotel”də baş tutan tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın təşkil olunması istiqamətində görülən işlərdən danışıb.
Nazir deyib ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən keçirilən ilk festival uğurlu nəticələrlə yadda qalıb:
“Bakı Şopinq Festivalının təşkil olunmasına cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu festivalın işinə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq festival uğurlu nəticələrlə yekunlaşdı. Bir ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər”.
Nazir qeyd edib ki, Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi üçün Turizm Şurası yaradılıb. Şuranın həyata keçirdiyi ilk iş də məhz Bakı Şopinq Festivalı olub.
Vurğulanıb ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Bakı Şopinq Festivalı paytaxtımızın böyük turizm mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Növbəti festivala 500-dək ticarət obyektinin qoşulması, “Tax Free” sisteminin tətbiq olunması müddətinin artırılması da nəzərdə tutulur. İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq.
Nazir festivalın təbliğ olunmasında yerli kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu diqqətə çatdırıb.
Daha sonra Şopinq festivalının keçirilməsində əməyi olan bir qrup şəxsə mükafatlar təqdim olunub.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq























