SOCAR-ın Türkiyədəki törəməsi “Petkim” və STAR NEZ-in loqolarını yeniləyir
Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Türkiyə” əməliyyat və mədəni inteqrasiya prosesini tamamladıqdan sonra törəmə müəssisələrində loqoların yenidən nəzərdən keçirilməsini davam etdirir.
Bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, şirkətin fasiləsiz və etibarlı enerji istehsalının rəmzi olan alov təsviri “SOCAR Turkey”in aktivlərindən olan “Bursagaz” və “Kayserigaz”ın ardınca “Petkim” və STAR neft emalı zavodunun (NEZ) loqolarında da öz əksini tapıb. “SOCAR Turkey” “Tək SOCAR, Tək Alov” yanaşması ilə davam etdirdiyi bu prosesdə “Petkim” və STAR NEZ-in loqolarında da artıq SOCAR-ın alov təsvirli loqosundan istifadə edəcək.
"SOCAR Turkey"in Kommunikasiya və İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Mikayıl Yusifov həyata keçirilən dəyişikliyi belə şərh edib:
“SOCAR Turkey” olaraq emal, nef kimyası, təbii qaz, enerji təchizatı xidmətləri, logistika və telekommunikasiya sahələrində apardığımız investisiya prosesləri ilə hazırda Türkiyənin ən böyük sənaye holdinqiyik. Məhsuldar, davamlı və daha böyük rəqabət qabiliyyətinə malik bir istehsal üçün müxtəlif sahələrdə fəaliyyət göstərən qrupumuzun şirkətləri arasındakı inteqrasiyanı uğurla tamamladıq. “Tək SOCAR, Tək Alov” proyeksiyamız da yaratdığımız inteqrasiyalı strukturun korporativ əlaqələrdə ifadəsini müvəffəqiyyətlə əks etdirən bir yanaşma oldu. Marka yaradılması prosesində əsas yer tutan loqo dəyişiklikləri üzrə işlərimizin, bir şirkət olaraq malik olduğunuz güclü sinerjinin bütün törəmə müəssisələrimizdə vurğulanmasında SOCAR-ın fasiləsiz alov təsvirinə mühüm əhəmiyyət veririk. Bu güclü yenilənmə və birlik yeni loqoda da hiss edilməlidir. SOCAR-ın keyfiyyətli və innovativ xidmət anlayışını təmsil edən “SOCAR alovu” bundan sonra “Petkim” və STAR NEZ-də də parlayaraq korporativ dəyərlərimizi daha güclü ifadə edəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























