Aqrar sektorla bağlı yeni TV fəaliyyətə başlayıb
Azərbaycanın aqrar sektorunu yaxından tədqiq edib yenilikləri, problemləri ictimai müzakirəyə çıxaran “AgroPlarform TV” layihəsi icra olunmağa başlayıb.
Platformanın təsisçisi Elnur islamov Marja-ya bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə aqrar sahənin dayanıqlı və davamlı inkişafına, qabaqcıl beynəlxalq təcrübələrin bu sahədəki istehsalçılar arasında maarifləndirmə işlərinə töhfə vermək, beynəlxalq təsisatlar, dövlətin aidiyyatı qurum və təşkilatları arasında əməkdaşlıqda körpü rolunu oynamaq və real sektorun inkişafında əlavə dəyərin yaradılmasına dəstək olmaqdır.
“AgroPlatform TV”nin peşəkarlardan ibarət komandasının ərsəyə gətirəcəyi bir-birindən maraqlı verilişlər aqrar istehsalçılar, bu sahəyə investisiya yatırmaq istəyən sahibkarlar üçün informasiya və maarifləndirmə bazası rolunu oynayacaq.
“AgroPlatform TV”nin rəhbəri, uzun illər bu sahədə çalışmış biznes ekspert Elnur İslamov bildirir ki, əsas məqsəd Azərbaycanda aqrar sahəyə olan marağı artırmaqdır: “Müxtəlif ölkələrdə bu cür tv layihələr həyata keçirilir. Götürək elə qardaş Türkiyəni. Ali təhsilimi bu ölkədə almışam, biznesin və idarəçiliyin sirlərinə burda yiyələnmişəm. Avropa bazarları üçün ən çox aqrar məhsullar istehsal və ixrac edən Türkiyənin uğurlu təcrübələrini öyrənmək üçün artıq ilk hazırlıq işləri görülüb. Qardaş Türkiyənin aqrar mühəndislər palataları (ziraat mühendisler odaları), sənaye palataları (sanayi odaları) və innovativ mühəndislik şirkətləri ilə ilkin danışıqlarımız müsbət keçib. Həmçinin dost İsrail dövlətinin ölkəmizdəki işgüzar dairələri ilə aqrar sahələrdəki təcrübələrin öyrənilməsi istiqamətində də tədbirlər görülür. Hal-hazırda birgə dəstək proqramları üzərində çalışmalarımız başlayıb və uğurla davam edir. Aqrar sektorla bağlı məlumatların zənginliyi və əlçatanlığı bölgələrdə yaşayan və çalışan insanların işlə təminatına, yəni məşğulluğun artmasına böyük dəstək olur, ölkənin kənd təsərrüfatı mallarının istehsalının artmasına, həmçinin idxalından asılılığının azalmasına birbaşa təsir edir”.
Hələlik Youtube kanalı olaraq fəaliyyətə başlamış TV yaxın vaxtlarda yerli televiziya kanallarının birində daha geniş auditoriya qarşısına çıxacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























