İlham Əliyevin müsahibə zamanı gözləri doldu - VİDEO
İlham Əliyev müsahibə zamanı kövrəlibAzərbaycan Prezidenti İlham Əliyev azad edilən torpaqlara ziyarəti barədə danışarkən gözləri dolub.
Dövlət başçısı bildirib ki, Qarabağa gedərkən Mehriban Əliyeva ilə birlikdə yolda qeydə aldıqları videoçəkilişləri ilk növbədə o bölgədə yaşayan azərbaycanlılar üçün ediblər: "Biz ilk dəfə Şuşaya gedəndə, səhər Bakıdan çıxmışdıq. Çünki yol çox uzaq idi. Zəfər yolu ilə Füzulidən Şuşaya haradasa 3 saata getmişdik. Yollar qar, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq. Hələ ki qaranlıq idi, hava işıqlandıqca çox gözəl mənzərə yarandı və Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı. Məni çəkdi, mən də dedim ki, “Yolumuz Şuşayadır””.
“Bundan başladı. Ondan öncə Ağdam və digər ərazilər vardı. Bu, özəl təşəbbüsdü. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlanıdırır. Adətən rəsmi görüşlər, çıxışlar və s. Bu isə yeni bir yanaşma idi. Bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi. Bu sözləri deməklə ilk növbədə mənim gözümün önünə o bölgələrdə yaşayan insanlar gəlirdi. Mən ilk növbədə onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimizlə onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər. Nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”, - İlham Əliyev kövrələrək bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























