Dünyanın ən böyük almaz şirkətlərindən birinin satışı avqustda kəskin artıb
Satışların artmasına səbəb almaa güclü təlabatın olmasıdır."Alrosa" mədən şirkəti 2021 -ci ilin avqust ayında 297 milyon dollar dəyərində almaz, 10 milyon dollar dəyərində isə cilalanmış brilyant satıb. Marja xəbər verir ki, ötən ilin avqust ayının göstəricisi ilə müqayisədə şirkətin almaz satışı 47% artıb, brilyant satışı isə 31,5% azalıb.
Bu ilin avqust ayında "Alrosa"nın məhsul satışından əldə etdiyi cəmi gəlir 306 milyon dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 8,4% aşağıdır. Ümumilikdə, 2021-ci ilin əvvəlindən bu yana ötən ilin eyni dövründəki 1 milyard 244 milyon dollara qarşı 2 milyard 976 milyon dollarlıq almaz məhsulları satılıb.
"Yay aylarında ənənəvi olaraq yavaşlamaya baxmayaraq, bu il almazlara olan güclü tələb qalıb. Eyni zamanda, güclü tələbat şəraitində xammal çatışmazlığının davam etməsi qiymətlərin müsbət dinamikasını dəstəkləyəcək”, - "Alrosa"nın baş direktorunun müavini Yevgeni Agureyev bildirib.
"Alrosa" dünyanın ən böyük almaz mədən şirkətlərindən biridir və dünya istehsal həcmindəki payı 25%-dir. Digər 6%-lik pay isə "Alrosa"nın 41% -ə sahib olduğu "Angola Catoca" şirkətinin payına düşür. Şirkət Rusiyada Yakutiya və Arxangelsk bölgəsində istehsal fəaliyyətilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























