"Dünyada ərzaq məhsullarının bahalaşması sona çatmayıb"
"Avqust ayında qiymət artımı yenidən başlayıb - həm buğda, həm də günəbaxan yağı bahalaşır".Rusiyanın İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov Moskva Maliyyə Forumunun plenar iclasında bildirib ki, ərzaq məhsullarının qiymətlərində qlobal artım hələ davam edəcək və Rusiya hökuməti bununla mübarizə aparmaq məcburiyyətində qalacaq.
Onun sözlərinə görə, avqust ayında ərzaq məhsullarının qiymət indeksi qeyri-ərzaq məhsullarının qiymət indeksini ötüb keçib.
Marja xəbər verir ki, Reşetnikov, "Bu (qiymət artımları - rd), dünya iqtisadiyyatının aktiv pul emissiyasına, büdcə kəsirlərinə və uzun müddət yumşaq pul siyasətinə verdiyi təbii reaksiyadır. Və təəssüf ki, bu, sona çatmayan bir prosesdir. Qida seqmentində belə, görürük ki, avqust ayında qiymət artımı yenidən başlayıb - həm buğda, həm də günəbaxan yağı bahalaşır. İşləməyə davam etməliyik", -deyib.
Nazir əlavə edib ki, bu vəziyyətə təsir etmək, mənfi təsirlərini azaltmaq üçün bir sıra tədbirlər tətbiq olunur.
İqtisadi İnkişaf Nazirliyinin rəhbəri qeyd edib ki, açıq iqtisadiyyatda qiymət təzyiqini tamamilə neytrallaşdırmaq mümkün deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 11 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























