Avropada elektrik enerjisi qiymətləri rekord qırdı
Avropa elektrik enerjisi qiymətləri, təbii qaz və karbon emissiyası üzrə icazə qiymətlərindəki artım ilə əlaqədar olaraq 2008-ci ildəki səviyyələri aşaraq yeni rekord qırıb.Avropa elektrik qiymətləri göstəricisi olan Almaniya-Avstriya elektrik qiymətləri, təbii qaz və karbon emissiyası icazələrindəki qiymət artımından sonra maliyyə böhran zamanında çatdığı səviyyəni də aşaraq yeni bir rekord qırıb (xəbərin sonundakı cədvəldən ətraflı tanış ola bilərsiniz). "Citigroup" Avropada elektrik enerjisi qiymətlərinin 20% ətrafında yüksələ biləcəyini nəzərdə tutur.
Marja xəbər verir ki, epidemiyanın ağır dövrünün ardından qlobal enerji tələbindəki artım və təbii qaz bazarındakı tədarük çətinlikləri elektrik istehsal xərclərinin yüksəlməsinə səbəb olub. İsti havalar və küləklərin sürətindəki azalma bərpaolunan enerji istehsalını da azaldır. Kömür qiymətləri artan tələb ilə Avropada bu il 80%-dən çox yüksəlib.
Avropada karbon icazələrinin qiyməti 2020-nin Avqust ayından bu yana 2 dəfədən çox çox artaraq 62,50 avro olub. Avropada qaz qiymətləri (TTF) 7 dəfədən çox artıb. Təbii qaz qiymətlərinin artması kömürdən elektrik istehsalını artırıb, bu da Avropadakı karbon emissiyası icazə müqavilələrinin qiymətini artırır.
İsveçin "Jamtkraft" enerji şirkətinin baş analitiki Arne Bergvik mövzu ilə əlaqədar etdiyi qiymətləndirmədə, "Kömür geri dönür. Təbii qaz qiymətləri qışa sakit başlamalı ki artım bir az olsun yavaşlasın" demişdi.
"Bloomberg"in modelinə görə, Almaniyada kömür istifadə edən elektrik stansiyalarının dördüncü rüb əməliyyat marjası megawatt-saat başına 3 avro ətrafındaykən, təbii qaz istifadə edən elektrik stansiyalarının marjası megawatt-saat başına 12 avro ziyandır.
Avropada kömür qiymətləri bu il 80%-dən çox yüksələrək tonu 2011-ci ildən bu yana ən yüksək səviyyə olan 120 dollara çatıb.
Almaniya-Avstriya elektrik qiymətləri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















