Neft bazarlarında nəzərlər OPEC qərarında
Neft bazarları, OPEC+ın Oktyabr ayında daha 400 min barellik bir istehsal ardırılması edib etməyəcəyilə əlaqədar qərarına fokuslanıb.Neft qiymətləri, sərmayəçilərin, Neft İxrac Edən Ölkələr Biliyinə üzv və üzv olmayan bir sıra ölkələrin (OPEC+) istehsalı artırıb artırmayacağına fokuslanmaları ilə yüksəlib.
Marja xəbər verir ki, Qərbi Texas nefti, Nyu York birjasında Avqust ayında 7%-dən çox dəyər itirdikdən sonra Sentyabr ayına 0,7% bahalşama ilə başlayıb.
OPEC+ ölkələrinin, bazardakı tələbin əlavə istehsalı "uda" biləcəyinə üstünlük verərək Oktyabr ayında gündəlik 400 min barellik istehsal artırılmasını təsdiqləyəcəyi gözlənilir.
Özəl sektorun dəstəklədiyi Amerikan Neft İnstitutunun məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 2 milyon barel artıb, benzin ehtiyatlarında da artım baş verib.
Neft, dolların bahalaşaması və sərmayəçilərin koronavirusun Delta variantına qarşı reaksiyaları ilə Avqust ayında ucuzlaşıb. Çinin delta variantının yayılmasını nəzarət altına almasına baxmayaraq neft qiymətləri Avqust ayında cidd bir geriləmə qeyd edib.
Brent neftin qiymətinin hələlik 70-75 dollar aralığında qalması gözlənilir, amma gələcək bir iki həftə ərzində qiymətlər bu səviyyələrdən aşağı düşə ya da yuxarı qalxa bilər.
Bakı vaxtı ilə saat 09:50-də Brent nefti 0,7% bahalaşama ilə 72,11 dollardan ticarət olunub.
OPEC + nazirləri sentyabrın 1-də bir araya gələcəklər və qarşıdakı ayların istehsal planlarını müzakirə edəcəklər. İyul ayında, 2022 -ci ilin sentyabr ayına qədər hasilatı ayda 0,4 milyon barel/ gün artırmağa razılaşıblar.
Sonradan məlum oldu ki, ABŞ OPEC -dən, benzinin qiymətinə böyük təsir göstərən neftin qiymətindəki artımı azaltmaq üçün hasilatın bərpasını sürətləndirməsini istəmişdir. Görüş bu gün keçirililəcək. Burada nazirlər müqavilənin parametrlərinə yenidən baxa və ya iyul qərarını qüvvədə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 11 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















