OPEC+un istehsal artırmaq planına sadiq qalacağı gözlənilir
OPEC və müttəfiqlərinin gələn həftəki yığıncaqda qiymətlərin yüksəlməsilə neft təklifini artırmaq planına bağlı qalmaları gözlənilir.Avqustda kəskin düşdükdən sonra yenidən bir qədər artan neft qiymətləri səbəbilə OPEC üzvü ölkələrin gələn həftəki yığıncaqda neft istehsalını artırmaq hədəfinə bağlı qalacaqları gözlənilir.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan treyderlərə görə, Rusiya və Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya pandemiya dövründə azaldılan istehsalı 1 Sentyabrda keçiriləcək yığıncaqda da mərhələli olaraq artıracaq. Bəzi OPEC nümayəndələri də bənzər fikirdədir.
Bu ayın əvvəlində koronavirusa yoluxanların yenidən artması Çin və ABŞ-da neft tələbi üzərində təhdid meydana gətirmiş, qiymətlər də geriləmişdi. Avqust ayının ilk 3 həftəsində Çində də yenidən karantinlərin başlaması ilə neft qiymətləri təxminən 15% ətrafında düşmüşdü.
"Citigroup"dan Ed Morse neft qiymətlərindəki azalmanın müvəqqəti olduğunu və toparlanma davam etsə OPEC-in istehsalı artırmaq planına sadiq qalacağını söyləyib. OPEC ölkələri Avqustdan etibarən istehsalı hər ay gündəlik ortalama 400 min barel artırmaq üzrə razılaşmışdı.
Bloomberg-in sorğusuna qatılan 22 treyder və analitikin 17-si gələn həftəki yığıncaqda istehsalın artırılması planının dəyişməyəcəyini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 5 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























