Lukoil zərərdən mənfəətə qayıdıb
İlin ilk yarısında Lukoil-un xalis mənfəəti 347,2 milyard rubl təşkil edib2021-ci ilin birinci yarısının nəticələri üzrə, beynəlxalq maliyyə hesabatlarının standartlarına (IFRS) uyğun olaraq, Lukoil, bir il əvvəlki 64.7 milyard rubl zərərə qarşı 347.2 milyard rubl məbləğində xalis mənfəət əldə edib.
Marja xəbər verir ki, hesabat dövründə "Lukoil"un gəliri 1,53 dəfə artaraq 4,078 trilyon rubl təşkil edib.
“2020 -ci ilin 6 ayı ilə müqayisədə gəlir əsasən karbohidrogen qiymətlərinin artması və rublun devalvasiyası səbəbindən 53,8% artıb. Eyni zamanda, gəlir artımı neft hasilatının və emalının, eləcə də ticarətin azalması ilə məhdudlaşıb”, - hesabatda deyilir.
Lukoil-in vergi, faiz və amortizasiya öncəsi mənfəəti 2,2 dəfə artaraq 654,2 milyard rubl, sərbəst pul axını 3,4 dəfə artaraq 275,8 milyard rubl, kapital xərcləri isə 14,5% azalaraq 211,4 milyard rubl təşkil edib.
Şirkət, əməliyyat mənfəətinin artımasının - neft hasilatının azalması, neft üçün vergi güzəştlərinin aradan qaldırılması və xarici emal marjlarının azalması ilə məhdudlaşdığını da qeyd edib.
2021-ci ilin 6 ayı ərzində "West Qurna-2" layihəsi istisna olmaqla, şirkətin karbohidrogen hasilatı 2,109 milyon barel təşkil edib, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır. Neft və kondensat istehsalı 5% azalaraq gündəlik 1.593 milyon barrelə düşüb.
İstehsalın dinamikası OPEC + sazişinin məhdudiyyətlərilə əlaqədardır. Lukoil qeyd edib ki, bəzi beynəlxalq layihələr üzrə də neft hasilatı azaldılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























