Peyvəndlərin ədalətsiz bölgüsü qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vuracaq - HESABAT
5 milyard doza vaksin vurulub, amma....Koronavirus infeksiyasına qarşı peyvəndləmənin gecikməsi nəticəsində dünya iqtisadiyyatı növbəti illərdə 2,3 trilyon dollar itirə bilər.
Marja xəbər verir ki, bu barədə məşhur Economist jurnalının araşdırma bölümü - Economist Intelligence Unit-in (EIU) son hesabatında qeyd olunur.
EIU proqnozlaşdırır ki, 2022-ci ilin ortalarına qədər əhalisinin ən azı 60%-ni peyvənd etdirə bilməyən ölkələr növbəti 3 ildə 2,3 trilyon dollar itirəcəklər. Həmin məbləğin ən böyük hissəsi - 1,7 trilyon dolları Asiya ölkələrinin payına düşəcək. Bu isə regionun proqnozlaşdırılan ÜDM-nin 1,3%-i deməkdir. Afrika qitəsi isə ÜDM-in ən yüksək hissəsini - 3% itirəcək.
Zənginlər qamarlayır, yoxsullar çarəsiz gözləyir...
Hazırda ən böyük problem dünya üzrə COVID-19 peyvəndlərinin qeyri-bərabər və ədalətsiz bölgüsüdür. İri dövlətlər istehsal olunan əksər peyvəndləri qabaqcadan alır və yaxud onların ölkədən çıxmasına imkan vermir. Qlobal problemlər barədə statistika təqdim edən “Our world in data” saytının məlumatına görə, avqustun 23-nə qədər dünya üzrə 5 milyard dozadan çox peyvənd vurulub. Lakin onların cəmi 15 milyonu aşağı gəlirli ölkələrin payına düşür.
ÜST bu sınaqdan çıxa bilmədi...
Görünən odur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı mübarizədə qlobal səyləri səfərbər edə bilmir. İnkişaf etməkdə olan ölkələrə peyvənd yardımı üzrə ÜST-ün təşəbbüsü ilə yaradılan mexanizm - COVAX bu il 2 milyard doza təmin etmk öhdəliyi götürüb. Lakin UNİCEF-in son rəqəmlərindən görünür ki, cəmi 10% - 219 milyon doza vaksin təchiz edə bilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























