Elektrik enerjisinə tələbat pandemiyadan əvvəlki səviyyəni də ötüb
Atom enerjisi 4% azalıb, günəş-külək enerjisi cəmi 10% təmin edir...Dünya iqtisadiyyatının yenidən “işə düşməsi” elektrik enerjisinə qlobal tələbatı sürətlə artırıb.
Marja Londonda yerləşən araşdırma şirkəti Ember-in hesabatına istinadla xəbər verir ki, pandemiya nəticəsində enerji tələbatı 0,1% azalsa da, artıq 2020-ci ilin sonundan vəziyyət ciddi şəkildə dəyişib. Elektrik enerjisinə tələbat 2019-cu ilə nisbətən 5%, 2015-ci ildən bəri isə 11% (+2536 Teravatt/saat) artıb.
Ötən il dünyanın elektrik enerjisi istehsalının 61%-i hələ də ənənəvi yanacaqlardan əldə olunub. Qlobal istehsal bölgüsü belədir:
qaz və neft hesabına - 27,2% (cüzi azalma),
kömür hesabına - 33,8% (4% azalma, ancaq hələ də ən iri payçı),
günəş və külək - 9,4% (15% artım: +314 teravatt/saat),
atom enerjisi - 10,1% (4% azalma: -104 Teravatt/saat),
su, bioenerji və digər bərpa olunan enerji mənbələri - 19,6% (3% artım: +94 Trevatt/saat).
Kömür enerjisi ötən il 4% (-346 Teravatt/saat) azalıb, amma yenə də ən iri enerji mənbəyi olaraq qalır. Kömür əsaslı elektrik enerjisi istehsalının 77%-i Asiya qitəsinin, o cümlədən 53%-i tək Çinin payına düşür.
Günəş və külək enerjisi istehsalı sürətlə artır - 15% (+314 Teravatt/saat). Lakin bu enerji mənbələri hələlik tələbatın cəmi 10%-ə yaxınını ödəyir. Almaniya (enerji tələbatının 33%-i) və Böyük Britaniya (enerji tələbatının 29%-i) bu sahədə ən qabaqcıl ölkələrdir. Daha sonra ABŞ (12%), Türkiyə (12%), Braziliya (11%), Yaponiya (10%), Çin (9,5%) və Hindistan (9%) gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























