“Uçan taksi”lərə 4 milyarddan artıq pul yatırılıb - TƏKCƏ BU İL
Son 5 ildə xərclənən vəsait isə 10 milyard dolları keçib....Gələcəyin texnologiyalarına artan maraq bu sahəni investorlar üçün ən cəzbedici bizneslərdən birinə çevirib.
Marja qlobal konsaltinq şirkəti McKinsey-in açıqladığı rəqəmlərə istinadla xəbər verir ki, təkcə bu ilin 8 ayında elektrikli hava taksi modelləri təqdim edən startaplar investorlardan rekord məbləğdə - 4,3 milyard dollar vəsait cəlb ediblər.
Ötən 5 il ərzində isə hava nəqliyyatı texnologiyalarına, xüsusən də dronlara əksər mənbələr hesabına investisiyaların həcmi 83% artaraq, 10,4 milyard dollara çatıb. Bu rəqəmə hələ iri şirkətlərin özəl investisiya kanalları vasitəsilə yatırdığı məbləğlər daxil deyil...
Doğrudur, hazırda bu sahədə ən uğurlu startaplar olanLilium, Archer Aviation, Joby Aviation, Vertical Aerospace və başqaları sərnişin daşıya bilən tam işlək hava taksisi modeli təqdim etməsələr də, investorların bu şirkətlərə marağı qətiyyən azalmayıb.
Əsas çətinliklərdən biri aviasiya təhlükəsizliyi üzrə tənzimləyici qurumlar tərəfindən sertifikasiya və icazələrin verilməsidir. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi kommersiya məqsədli hava taksilərinin 2024-2025-ci illərdə fəaliyyətə başlaya biləcəyini bildirir. Sinqapur isə Almaniya startapı Volocopter ilə birlikdə artıq 2023-cü ildən dünyanın ilk kommersiya məqsədli elektrikli hava taksisini istifadəyə verəcəyinə söz verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























