Sənaye Parkında yeni fabrik fəaliyyətə başlayacaq - 80 iş yeri
Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahəni Əyirici Boyaq Fabrikisiz təsəvvür etmək mümkün deyil.
Azərbaycanda da gələn ildən belə bir fabrik fəaliyyətə başlayacaq. “Marja” xəbər verir ki, Söhbət Sumqayıt Sənaye Parkında "Azərxalça" ASC-nin İqtisadiyyat Nazirliyi ilə birlikdə inşasını planlaşdırdırdığı Əyirici Boyaq fabrikindən gedir ki, 2018-ci ilin sonuna qədər bu fabrikin istifadəyə verilməsi müzakirə predmetidir.
Artıq bu istiqamətdə müəyyən işlər də görülür. Belə ki, respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. 2018-ci ilin may ayından etibarən bir il ərazində Azərbaycanın 52 rayonundan 1500 ton yun tədarük olunması nəzərdə tutulur.
Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 80 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm "Azərxalça"nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə olunacaq. Belə bir müəssisənin yaradılması Azərbaycanın yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək. Bunun üçün ölkəmizdə münbit şərait də var. Respublikamız həm yun, həm də təbii boyaq maddələrinin hazırlanması üçün kifayət qədər zəngin təbii ehtiyatlara malikdir.
Sumqayıt Kİmya Parkında inşa ediləcək fabrik ən son Avropa istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Fabrikdə il ərzində 1500 ton çirkli yun qəbul olunacaq. Yuyulub, müəyyən proseslərdən keçəndən sonra yunun bir hissəsi ipliyə sərf olunacaq ki, bu da hardasa 250 tona yaxın məhsul deməkdir. İstehsalın digər istiqaməti isə prosesdən alınan 320 ton təmiz yundur ki, o da xarici bazarda xammal kimi satışa çıxarılacaq. Hazır məhsul ilə təkcə "Azərxalça" ASC-nin filialları təmin olunmayacaq,eyni zamanda ölkənin özəl xalçaçılıq müəssisələrinə satılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























