Neft bu həftə 8% ucuzlaşdı
Neft qiymətləri, ABŞ Mərkəzi Bankının (Fed) protokolları açıqlandıqdan sonra güclənən dollar, anbarlarda artan benzin ehtiyatları və koronavirusun Delta variantının yayılmasının yanacaq tələbinə mənfi təsir edəcəyinə dair narahatlıqlar ilə əlaqədar olaraq bu həftəni 8% ucuzlaşma ilə bağlayıb.
Marja xəbər verir ki Fed-in İyul yığıncağının protokollarında aktiv alışının (qiymətli kağız alışı ilə dövriyyəyə pul buraxılması) azaldılması meyli müşahidə edilsə də, bunun nə vaxt və hansı sürətdə ediləcəyinə dair işarə verilməyib.
Protokollara görə, bəzi Fed üzvləri iqtisadi şərtlərin qarşıdakı aylarda aktiv alışını (pul emissiyasını) azaltmağı tələb edəcəyini düşünür. Digər üzvlər isə alışın azaldılmasına gələn il başlamağın uyğun olduğunu hesab edir.
ABŞ anbarlarında benzin ehtiyatlarında yaşanan sürpriz artım da neft qiymətlərinə mənfi təsir edib. Enerji İnformasiya İdarəsinin açıqladığı rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə azalsa da, benzin ehtiyatları artıb. Bu da koronavirusun Delta variantının yayılması ilə yanacaq tələbini azaltdığı narahatlıqlarını artırıb.
Həftənin son əməliyyatını Brent nefti 2,2% ucuzlaşma ilə 65 dollardan, Qərbi Texas nefti isə 2,6% ucuzlaşma ilə 61,88 dollardan bağlanıb. Gecə Brent neftinin qiyməti mayın 21 -dən bəri ilk dəfə 64,97 dolları da görüb.
Brent nefti ötən həftə 70,59 dollardan bağlanmışdı. İyulun əvvəlində isə qiymət 76 dollardan yüksək idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
44 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























