Dünyanın 3-cü ən böyük polad istehsalçısını yaratmaq üçün 2 Çin şirkəti birləşir
Çinli polad istehsalçıları "Ansteel Group" və "Benxi Steel Group", dünyanın üçüncü ən böyük polad şirkətini yaratmaq üçün birləşəcəyini elan edib.
Marja xəbər verir ki, bu barədə cümə günü "Sinxua" Xəbər Agentliyi məlumat yayıb.
Dünya Polad Birliyi tərəfindən bu ilin iyun ayında nəşr olunan məlumatlara görə, "Ansteel" dünyanın ən böyük istehsalçıları ardıcıllığında yeddinci, "Benxi Steel" on doqquzuncu yerdə olub. Ötən il xam polad istehsalı "Ansteel"in 38,19 milyon ton, "Benxi Steel"in isə 17,36 milyon ton təşkil edib. Keçən ilin məlumatlarına əsasən, bu şirkətlər birləşdikdə, ümumi istehsal 55,55 milyon tona çatacaq. Eyni zamanda, bu rəqəm ildə 63 milyon tona qədər arta bilər.
Keçən il ən böyük istehsalçıların siyahısında üçüncü yeri 43,76 milyon ton xam polad istehsal həcmi ilə Çinin "Hesteel Group" şirkəti tutub. 115,29 milyon ton istehsal edən "China Baowu Group" isə birinci yerdədir. İkincisi yerdə isə, istehsal həcmi 78,46 milyon ton olan Lüksemburqda yerləşən "ArcelorMittal"dır.
Çin şirkətlərinin razılaşmalarına əsasən, "Benxi Steel"in 51% -i "Ansteel"ə veriləcək və "Benxi Steel" onun törəmə şirkəti olacaq.
"Bu, "Ansteel"in inkişafında tarixi bir məqamdır", - agentlik şirkətin baş direktorundan sitat gətirir.
Onun sözlərinə görə, "yenidənqurmadan sonra "Ansteel" işçilərinin ümumi sayı təxminən 200 min nəfər olacaq".
"Ansteel", 2025 -ci ilə qədər təxminən 70 milyon ton xam polad və 50 milyon ton dəmir filizi konsentratı istehsal edərək 300 milyard yuan (təxminən 46.3 milyard dollar) əməliyyat gəliri əldə etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























