Çip böhranı ilə əlaqədar yeni mənfi hesabat
Koronavirusun Delta variantının sürətlə yayılması xüsusilə Asiyadakı ehtiyat hissələri istehsalçılarına mənfi təsir edir. Bu da, avtomobil sektorunda istifadə edilən çip çatışmazlığına səbəb olur, verilən sifarişlərin təhvili uzanır.
Marja "IHS Markit"in yeni hesabatına istinadən xəbər verir ki, dünya avtomobil istehsalı çip böhranı ilə əlaqədar olaraq bu il 7,1 milyon ədəd azala bilər. Hesabatda, çip tədarükündə 2022-ci ilin ikinci rübündə normallaşma gözlənildiyi qeyd edilib.
ABŞ-da üç Demokrat senator, ABŞ-dakı zavodların istehsala fasilə vermələrinə görə dünyanın çip istehsal mərkəzi Tayvandan kömək istəyib. Ancaq IHS analitiklərinə görə, problem yalnız Tayvan qaynaqlı deyil. Hesabatda, "Malayziya çip istehsalı "zəncirində" test və qablaşdırma əməliyyatlarının icra edildiyi bir mərkəz mövqeyindədir. Malayziyadakı Covid-19 karantin tədbirləri səbəbilə əməliyyatlar ləngiyir",- deyilir.
Xəbər verdiyimiz kimi, Toyota Sentyabr ayı üçün qlobal istehsalını ilk proqnoz ilə müqayisədə 40% azaldaraq 900 min avtomobildən təxminən 500 min avtomobilə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
59 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























