İndi də Yaponiyadan 90 milyon “apardılar”
Son həftələrin ikinci ən böyük oğurluğu...Yaponiyanın iri kriptovalyuta birjası, gündəlik 100 milyon dollardan artıq əməliyyatlarla dünyanın 20 ən iri kripto platforması arasında olan Liquid Global haker hücumuna məruz qaldığını açıqlayıb.
Marja xəbər verir ki, şirkət kibercinayətkarların bir sıra elektron pul qablarını boşaltdığını bildirib. Blokçeyn analitika şirkəti Elliptic oğurlanan vəsaitin 97 milyon dollara yaxın olduğunu hesablayıb.
Hakerlər oğurlanan tokenlərin 45 milyon dollarını hazırda ikinci ən iri kriptovalyuta olan Ethereum-a çevirərək, 4 müxtəlif pul qabına yönəldib. Bu isə həmin vəsaitlərin izinə düşməyi çətinləşdirir. Oğurlanan kriotovalyutaları geri qaytarmaq cəhdləri hələlik uğursuz alınıb.
Xatırladaq ki, bu, son iki həftədə kriptovalyuta birjalarına edilən 2-ci ən böyük hücumdur. Avqustun 11-də hakerlər Poly Network adlı platformadan 600 milyon dollar həcmində kriptovalyuta oğurlamışdılar. Daha sonra vəsaitin demək olar ki tam hissəsini geri qaytarsalar da, hələlik 200 milyon dollar həcmində olan vəsait şifrələndiyindən istifadə oluna bilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























