Rusiya Google-u cərimələyib
Şirkətin ümumi cəriməsi 30 milyon rublu keçib...Bugün Moskva məhkəməsi Google-u qadağan olunmuş informasiyanın sililnməməsinə görə cərimələyib.
Marja Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Moskva şəhərinin Taqansk rayon məhkəməsi 3 inzibati protokol əsasında Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğuna (Maddə 13.41:Rusiya qanunvericiliyi ilə silinməsi nəzərdə tutulmuş informasiyanın sayt və ya səhifə rəhbəri tərəfindən silinməməsi) görə Google-un 6 milyon rubl cərimə ödəməsi barədə qərar çıxarıb.
Beləliklə, Google-un son dövrdə Rusiyadakı cərimələrinin həcmi 32,5 milyon rubla çatıb. Şirkət daha öncə də qadağan edilmiş informasiyanın silinməməsinə və Rusiya vətəndaşlarının məlumat bazasını lokallaşdırmaqdan imtina etdiyinə görə tərtib olunmuş 3 inzibati protokol nəticəsində 26,5 milyon rubl həcmində cərimələnmişdi.
Daha öncə - 2020-ci ilin fevralında isə Facebook və Twitter Rusiyalı istifadəçilərin məlumatları olan bazanı Rusiya ərazisində yerləşdirməkdən imtina etdiklərinə görə hərəsi 4 milyon rubl cərimələnmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















