ABB Miles kartlarına yüksək endirim!
(®️) ABB-dən, xərclədikcə millər qazandıran ABB Miles kartları ilə bağlı növbəti kampaniya! İndi ABB Miles və ABB Miles Premium məhsulları üzrə həm debet, həm də kredit kartları 30 Sentyabr tarixinə qədər xüsusi endirimlə təqdim olunur.
ABB Miles kartları müştəriyə hər ödənişdən millər qazandıran, daha sonra isə toplanmış milləri pulsuz təyyarə biletlərinə və yaxud otel rezervasiyalarına dəyişdirmək fürsəti yaradan kart məhsuludur. Yığılmış milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı istifadə etmək mümkündür.
Kampaniya çərçivəsində ABB Miles Premium kartları əldə edən müştərilərə 2 ay müddətinə ödənişsiz depozit seyfi də təqdim olunur. ABB Miles kartlarını Bankın mobil tətbiqi və ya rəsmi internet səhifəsi vasitəsilə onlayn sifariş vermək, həmçinin Bankın bütün filial və şöbələrindən əldə etmək mümkündür.
Həmçinin ABB Miles debet və Bankın istənilən digər debet kartları onlayn sifariş zamanı ünvana pulsuz çatdırılır.
ABB Miles kartları həm də kredit kartı olaraq təqdim olunur. Bu kartlar müştərilərə hissə-hissə ödəniş və 60 günədək güzəşt müddəti imkanı verir.
Manatla olan ABB Miles Debet kartı hesabındakı vəsait qalığına isə illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə görə hesablanır və ayın sonunda müştərinin balansında əks olunur. Mil balansını Bankın mobil tətbiqində və ya şəxsi kabinetdə yoxlamaq olur.
ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində bu kartlar ilə 15000 AZN-dək nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur, SMS xəbərdarlıq xidməti isə ödənişsizdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
2 d. əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
-
- 43 d. əvvəl
-
47 d. əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Spirt istehsalçısı “Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

























