ABŞ-da 40 milyon insanın şəxsi məlumatları oğurlanıb
Hakerlər məlumatları 6 ədəd Bitcoin-ə satır...ABŞ-ın ən iri telekommunikasiya operatorlarından biri, 104 milyon müştərisi olan T-Mobile iri həcmli kiberhücuma məruz qaldığını bildirib.
Marja xəbər verir ki, hələ ötən həftənin bazar günü ilk dəfə bu barədə məlumat verən şirkət bugün detalları açıqlayıb.
T-Mobile-ın məlumatına görə, təxminən 40 milyondan artıq insanın məlumatları, o cümlədən ad, soyad, doğum tarixləri, sosial sığorta şəhadətnaməsinin və sürücülük vəsiqələrinin nömrələri oğurlanıb. Bunların içərisində telekommunikasiya operatorunun keçmiş və hazırkı müştərilərinə, o cümlədən 7,8 milyon nəfər aktiv Wi-Fi abunəçisinə aid məlumatlar da mövcuddur.
ABŞ-ın rəqəmsal media qrupu Vice qapalı forumların birində hakerlərin bu məlumatları satışa çıxardığı barədə xəbər verib. Kibercinayətkar qrup 30 milyon şəxsin məlumatlarına görə cəmi 6 Bitcoin, yaxud hazırkı qiymətlə 270 min dollar istəyir. Oğurlanan məlumatların artıq satılması barədə hələlik dəqiq məlumat yoxdur....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























