Çinin məşhur şirkətinin gəlirləri 20% artaraq 21,3 milyard dollara çatıb
Çin telekommunikasiya holdinqi "Tencent" 2021-ci ilin ikinci rübündə 138,3 milyard yuan (təxminən 21,3 milyard dollar) gəlir əldə edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur. Marja xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü açıqlanan maliyyə hesabatında deyilir.
Məşhur "WeChat" messencerinin sahibi olan "Tencent" in xalis mənfəəti, bu müddət ərzində illik 29% artaraq 42.5 milyard yuan (təxminən 6.5 milyard dollar) təşkil edib.
Rəsmi rəqəmlərə görə, ikinci rübdə "WeChat"ın aktiv istifadəçilərinin ortalama sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3.8% artaraq hər ay təxminən 1.25 milyard olub. "Tencent"in də sahibi olduğu başqa bir messencer QQ -yə gəldikdə, ikinci rübdə bu rəqəm 8,8% artaraq 591 milyon istifadəçiyə çatıb.
Şirkətin mobil oyun xidmətlərindən əldə etdiyi gəlir də ikinci rübdə illik olaraq 13% artaraq 40,8 milyard yuan (təxminən 6,2 milyard dollar) təşkil edib.
2020-ci ildə Tencent-in gəliri illik müqayisədə 28% artaraq 482.06 milyard yuan (təxminən 74.2 milyard dollar), xalis mənfəəti isə 159.85 milyard yuan (təxminən 24.6 milyard dollar) olmaqla 30% artıb.
"Tencent" şirkəti, texniki infrastrukturunu yaxşılaşdırmaq üçün qarşıdakı beş il ərzində təxminən 500 milyard yuan (təxminən 77 milyard dollar) investisiya yatırmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















