Səudiyyə Ərəbistanının şirkəti Hindistan şirkətilə 25 milyard dollara qədər müqavilə üzərində danışıqlar aparır
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan "Saudi Aramco", Hindistanın sənaye holdinqi "Reliance Industries Limited" şirkətilə 20-25 milyard dollarlıq təxminən 20% hissə almaq üçün danışıqlar aparır.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər qarşıdakı həftələrdə razılığa gələ bilər, lakin razılaşmanın detalları hələ də müzakirə olunur və danışıqlar uzana və ya pozula bilər.
Agentliyin məlumatına görə, bu sövdələşmə ilə bağlı danışıqlar iki ildən çoxdur davam edir. Ailəsi "Reliance Industries Limited"ə sahib olan Mukesh Ambani, 2019-cu ildə "Saudi Aramco" ilə 15 milyard dollara qədər səhm alqı -satqısı ilə bağlı danışıqların başladığını təsdiqləmişdi, lakin koronavirus pandemiyası səbəbilə müzakirələr təxirə salınmışdı.
2021-ci ilin iyul ayında Səudiyyə Ərəbistanı Hindistana gündəlik 613 min barel xam neft tədarük edibi ki, bu da ümumi ixracının təxminən 10% -ni təşkil edir.
OPEC-in 2018 -ci il məlumatlarına görə, "Saudi Aramco"nun neft ehtiyatlarının ümumi həcmi 267 milyard barel təşkil edir. "Saudi Aramco"nun 2021 -ci ilin ikinci rübündə xalis mənfəəti bir il əvvəlki ilin eyni dövründəki 6,6 milyard dollara qarşı 25,5 milyard dollar təşkil edib.
"Reliance Industries Limited" enerji, neft -kimya, tekstil, hasilat, pərakəndə satış və telekommunikasiya sahələrində ixtisaslaşmış böyük bir çoxşaxəli şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























