Facebook və Google-dan 12 min km-lik yeni sualtı xətt
İşlər 2024-cü ildə yekunlaşacaq...ABŞ-ın ən iri texnologiya şirkətlərindən olan Facebook və Google yeni meqalayihəyə start verir.
Marja Financial Times-a istinadla bildirir ki, Yaponiyanı Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirəcək yeni sualtı internet xəttinə dair detallar Facebook tərəfindən açıqlanıb.
Uzunluğu 12 min km olan və “Apricot” adlandırılan xətt Yaponiya, Tayvan, Quam, Fillipin, İndoneziya və Sinqapuru əhatə edəcək. İnvestisiya dəyəri açıqlanmayan layihədə tikinti-quraşdırma işlərinin 2024-cü ilə qədər yekunlaşdırılması və xəttin istifadəyə verilməsi planlaşdırılır.
“Apricot” Facebook-un bu ilin martında elan etdiyi və ABŞ-la İndoneziyanı birləşdirəcək yüksək sürətli dənizaltı xətlərini - “Echio” və “Bifrost”-u tamamlayacaq. Nəticədə Asiya-Sakit okean regionunda internet sürətinin və 5G şəbəkəsinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, dünyada ölkələr arasında rabitəni, internet və data ötürülməsini təmin edən 400 iri sualtı xətt var. Onların arasında ən böyüklərindən biri Honkonqdan Fransaya qədər uzanan və 2017-ci ildə istifadyə verilmiş 25 min km-lik Asiya-Afrika-Avropa (AAE-1) xəttidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























