Qlobal təchizatın “Dardanel boğazı” - daha bir nəhəng limanda işlər dayanıb
10 qat bahalaşan konteynerdaşıma qiymətləri durmaq bilmir....Pandemiya səbəbindən bütün ahəngi pozulan qlobal təchizat zəncirində yeni qırılmalar baş verir. Avqustun 12-də Çin hökuməti bir nəfər işçidə koronavirus infeksiyasının aşkarlanması səbəbindən Ningbo körfəzində yerləşən, dünyanın üçüncü ən iri konteyner limanı Zhoushan-dakı əməliyyatları müddətsiz məhdudlaşdırıb.
Marja xəbər verir ki, 2019-cu ildə 27,49 milyon iyirmi futluq ekvivalent (20 futluq konteyner = 6,1 m x 2,44 m x 2,59 m; 40 m3, 21 ton), 2020-ci ildə isə 28,72 milyon iyirmi futluq ekvivalent konteyner qəbul edib yola salan liman Avropa və Şimali Amerikaya yükdaşımalarda ən vacib beynəlxalq hab-dır. Limanda işlərin uzun müddət dayandırılması Milad bayramı öncəsi sifarişlərin çatdırılmasında ciddi problemlər yaradacaq.
VesselsValue-nun məlumatına görə, COVID-19 səbəbindən bir sıra limanların bağlanmasına görə, hazırda 2,4 milyon ədəd iyirmi futluq konteyner tutumuna malik 350 iri gəmi (o cümlədən 85-i Zhoushan-da) yükünü boşaltmadan gözləməkdədir. Bu isə qlobal konteyner gəmiləri parkının 5%-i deməkdir.
Həm dünyanın ən iri konteynerdaşıma qrupu Maersk, həm alman şirkəti Hapag-Lloyd, həm də Britaniyanın Edge Worldwide Logistics firmasının nümayəndələri qlobla təchizatda bu vəziyyətin gələn ilin ortalarına kimi davam edəcəyini proqnozlaşdırır. Bu halda onsuz da ötən ildən az qala 10 dəfə bahalaşan 40 futluq bir konteynerin daşıma xərci (15 800 dollar) əksər istehsal və satış sahələrinə ciddi təsir edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























