Texnoloji startaplarda yeni Avropa ulduzu - TÜRKİYƏ
“Getir”, “Trendyol” və digərləri əsl uğur hekayəsidir. 2018-də hamının rədd cavabı verdiyi şirkət bazar dəyərini 7,5 milyard dollara çatdırıb.Son illərdə Türkiyənin texnoloji startapları Avropa və qlobal bazarda inamla böyüməkdədir. Artıq onlayn pərakəndə satışlarda ən maraqlı ideyalar Silikon Vadisindən yox, İstanbuldan səslənir. Marja qardaş ölkənin uğurlu startapları haqqında qısa araşdırma edib.
Cəmi 7 ildir fəaliyyət göstərən ərzaq çatdırılma xidməti “Getir” təkcə bu il investorlardan 1 milyarddan çox sərmayə alıb. 2018-ci ildə hamının rədd cavabı verdiyi şirkət bununla da bazar dəyərini 7,5 milyard dollara çatdırıb. Nəticədə “Getir” Avropanın Deliveroo və Grubhub kimi çatdırılma xidmətlərindən, eləcə də Böyük Britaniyanın WM Morrison və Marks and Spencer kimi iri supermarket şəbəkələrindən daha dəyərli şirkətdir.
Digər bir uğurlu şirkət 2010-cu ildə onlayn dəbli geyim satışı platforması kimi qurulan “Trendyol”-dur. Daha sonra ərzaq çatdırılma xidmətini də biznesinə əlavə edən şirkət bu həftənin əvvəli cəlb etdiyi 1,5 milyard dollar maliyyələşmə ilə bazar dəyərini 17 milyard dollara yaxınlaşdırıb. Trendyolun ən böyük səhmdarı Çinin e-ticarət nəhəngi Alibaba-dır.
"Trendyol Qrupu"nun direktoru Çağlayan Çetin Avropada açıq səhmdar cəmiyyəti olmayan ən böyük 3-cü texnologiya şirkəti olduqlarını bildirib. Çetin, elektron ticarətdə yalnız Avropada deyil, qlobalda da "ciddi bir oyunçu" olduqlarını, ən böyük güclərini isə araşdırma və inkişaf işlərindən aldıqlarını söyləyib. Çetin, şirkətin 1000 nəfərə yaxın texnologiya mühəndisinin, 20 min işçisinin, 30 milyon müştərisinin olduğunu bildirib.
“Hepsiburada” 2000-ci ildə onlayn ticarət platforması Amazonun Türkiyə analoqu kimi yaradılıb. Ötən ay Nasdaq birjasında IPO-ya çıxan şirkətin bazar dəyəri hazırda 4,4 milyard dollardır.
Türkiyəli mobil oyun proqramçılarının 2010-cu ildə qurduğu şirkət Peak Games ötən ilin iyununda ABŞ-ın ən iri oyun şirkətlərindən biri Zynga-ya rekord məbləğə - 1,8 milyard dollara satılıb.
Daha bir mobil oyun şirkəti Dream Games isə 2019-cu ildə yaradılsa da, artıq bu yay dəyəri 1 milyard dolları ötüb. Candy Crush Saga kimi məşhur oyun proqramçısı King şirkəti Dream Games-in əsas investisiya dəstəkçisidir.
Ötən günlərdə isə, məşhur "Angry Birds" oyununun yaradıcısı olan Finlandiyanın oyun şirkəti "Rovio", Türkiyənin oyun şirkəti "Ruby Games"i 100% almaq üçün müqavilə imzalayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























