Çinin batareya istehsalçısı dünya liderliyini qoruyur - 170 milyard dollar
Tesla və Toyotadan savayı, bütün avtomobil şirkətlərindən daha dəyərlidir...Elektrikli avtomobillər üçün batareya istehsalında dünya lideri, Çin şirkəti CATL (Contemporary Amperex Technology) yeni istehsal texnologiyasına keçir.
Marja xəbər verir ki, BMW-dən tutmuş Teslaya qədər bütün aparıcı avtomobil nəhənglərini batareya ilə təchiz edən şirkət daha bahalı litium və nikel əvəzinə ucuz enerji mənbəyi tapıb - duz kristalları.
Daha az enerji sıxlığına baxmayaraq, duz əsaslı sodium-ion batareyaları çox ucuz başa gəlir və qiymət rəqabətində CATL-ı hamıdan üstün edir. Şirkətin təkcə bu sahədə tədqiqat mərkəzində 5 min elmi işçi və mühəndis çalışır.
Son 10 ildə qlobal liderə çevrilən CATL-ın bazar dəyəri ötən il 160% artaraq, 170 milyard dollara yaxınlaşıb. Bununla da şirkət Tesla və Toyota çıxılmaqla, qalan bütün avtomobil istehsalçılarından daha dəyərlidir. Batareya istehsalında əsas rəqiblər olan Panasonic və LG Chem-in birgə dəyəri belə CATL-a çata bilmir.
Təkcə bu ilin 1-ci rübündə 12 Giqavatlıq batareya satan şirkətin rəhbəri Robin Zeng-in sərvəti digər Çin nəhəngi Alibaba-nın sahibi Cek Ma ilə eynidir. Rəhbərliyindəki şəxslərdən 9-u Forbesin milyarderlər siyahısında olan CATL bir şirkətdəki rəsmi milyarderlərin sayına görə də dünya rekordçusudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























